geyim

Payızın romantik köynək dəbi – FOTOLAR

Baxış sayı: 947

Bu payızın bir çox dəb tendensiyaları bizə tanışdır. Odur ki, baharda alınan qolları qabarıq, krujevalarla işlənmiş, yaxası bantlı bluzlar eyni anda payız üçün də uğurlu investisiya hesab edilə bilər.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, pandemiya olmasına baxmayaraq, dizaynerlərin yeni kolleksiyaları yeniliklərsiz keçinməyib. Romantik modellər, yüksək boyunlu və manjetli köynəklərin aktual olacağı gözlənilir. Bu cür mühafizəkar bluzlar sanki 19-cu əsrin roman və film qəhrəmanlarını xatırladaraq nostalji hisslər yaradacaq. Məktəbli uniformasına xas olan bluzlar da eyni dərəcədə trenddir. Belə bluz modellərini istər lüks, istərsə də demokratik markalarda rahatlıqla tapmaq olar.

Əlbəttə ki, ən iddialı tendensiya həcmli qollardır, seksual şəffaf orqanza bluzlar həm gündəlik, həm gecə tədbirləri, həm romantik görüşlər, həm də ofis stili üçün əlverişlidir.

Yay mövsümündən payıza köç edən digər populyar bir tendensiya bluzlardakı zəncir detallarıdır. Belə bir zəncir minimalist bluzları qeyri-standart modelə çevirəcək.

geyim 7

geyim 6

geyim 5

geyim 4

GEYIM 3

GEYIM 2

GEYIM 1