vodolozka

Payızın vodolozka modası – FOTOLAR

Baxış sayı: 615

Qolsuz vodolozkalar qışın həm günəşli, həm də şaxtalı günlərində köməyinizə gələn mövsüm trendlərindən biri olacaq. Belə bir model yalnız payız-qış görünüşlərində ahəngdar görünmür, həm də bədən quruluşunu vizual olaraq incə göstərir.

Qolsuz vodolozkalar artıq fəşn blogerlərin də qarderobunda yer almağa başlayıb.

vodolozka 1

Çox vaxt belə bir üst trikotajdan hazırlanır – elastik parça beli və sinə bölgəsini vurğulayır, eyni zamanda isti saxlayır. İstənilən şaquli xətlər, yəni çılpaq qollar silueti vizual olaraq uzadır. Effekti artırmaq istəyirsinizsə, tünd palitraya yatırım edin – şokolad, gavalı, boz və qara rəngli qolsuz trikotajlar bu payız ən yaxşı köməkçiləriniz olacaq.

Bununla belə, bu qarderob elementinin əsas üstünlüyü yüksək boynudur. Belə uzun boğazlı köynək istənilən xanıma cazibədarlıq əlavə edir, həm də soyuq günlərdə özünüzü rahat hiss etməyə imkan verir.

vodolozka 3

Onu pencəklə birləşdirməkdən çəkinməyin, bununla parisli modapərəstlərin ruhunda klassik obraz yaradacaqsınız. Ümumi görüntünü balanslaşdırmağa kömək edən qolsuz vodolozkaları rahat və “oversize” trikotaj jaketlə də geyinə bilərsiniz.

Bu model həm klassik, həm cins şalvarla eyni dərəcədə effektiv görünür. Amma siz iki fərqli rahat və incə stil əldə edəcəksiniz.

 vodolozka 4
vodolozka 2



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir