Zumrud Haqverdiyeva

Bazar ertəsi sindromundan necə qurtulmaq olar? – “SEANS VAXTI”

Baxış sayı: 522

Həftənin ilk iş günündə baş verən yorğunluq və stress kimi mənfi emosiyalar toplusuna- bazar ertəsi sindromu deyilir. Dünyanın demək olar ki, hər yerində görülən bu sindromu bəzi yollarla həll etmək olar..

Demək olar ki, işləyən hər kəs bildiyi kimi, bazar ertəsi sindromu; Həftənin əvvəlində yaranan və həmin gün zəhərləyən psixoloji vəziyyətdir. Həftəsonu fasiləsindən sonra işə qayıtmaq çox çətindir, ona görə də bazar ertəsi dözülməz olur. Ancaq bəzi kiçik məsləhətlərlə bu sindromu asanlıqla aradan qaldıra bilərsiniz. Bazar ertəsi günlərini daha şən bir gün kimi yaşadacaq təkliflər bunlardır:

 

1) Yuxu rejimi həmişə vacibdir

İstər həftənin başlanğıcı olsun, istərsə də həftə sonu yuxu rejimi həmişə vacib məsələdir. Əlbəttə ki, bazar günü gec yatmaq istəməyə və  qalxmaq istəməyə bilərsiniz. Ancaq yuxu rejiminizi pozsanız, vücudunuz yorulur və daha sonra oyanmaq istəyir. Buna görə də  bazar ertəsi özünüzü yorğun hiss edirsiniz.

 

2) Həftə sonu tətili üçün işləməyin

Mütəxəssislər həftəsonunu mükafat olaraq görən və bunun üçün çalışan insanların daha çox stress keçirdiklərini iddia edirlər. Özünüzü həftəsonuna yönəlmiş  plana qərq etsəniz, eyni şey sizinlə də olacaq. Odur ki, yalnız həftəsonu üçün yaşamayın, həftənin bəzi günləri özünüz üçün kiçik imkanlar yaradın.

 

3) Səhər yeməyi və musiqi sizi canlandıracaq

Səhər  yeməyinin əhəmiyyəti haqqında daha çox danışmağa ehtiyac yoxdur. Amma bəzən biz tələsdiyimiz üçün onu qaçıra bilərik, amma bazar ertəsi səhər yeməyini qaçırmayın. Günə yaxşı səhər yeməyi və xoş musiqi ilə başlamaq enerjinizi artıracaq və özünüzü daha enerjili hiss edəcəksiniz.

Bazar ertəsi sindromu”ndan necə qurtulmaq olar? | Gənc Ailə

4) Cümə günündən bazar ertəsi planlaşdırın

Həftəsonu yaxınlaşdığı üçün cümə günləri bəlkə də ən xoş günlərdir. Özünüzü qəribə enerjili və xoşbəxt hiss edirsiniz. Burada bazar ertənizi planlaşdıraraq bu enerji və xoşbəxtliyi qiymətləndirə bilərsiniz. Bazar ertəsi günü nə edəcəyinizi, cümə günündən necə başlayacağınızı və planınızı hazırlasanız, həftəyə daha rahat və daha az stresslə başlayacaqsınız.

 

5) Özünüzə diqqət edin

Sizə ən çox yaraşan paltarları geyinmək, saçlarınızı ən çox bəyəndiyiniz şəkildə tərtib etmək və diqqətlə hazırlamaq həm sizin, həm də ətrafınızdakıların enerjisini artıracaq. Odur ki, bazar ertəsi çox vacib bir yerə gedəcəkmiş kimi hazırlaşın.

 

6) İşdə və ya işə gedərkən kimisə sevindirin

: Məsələn, yolda gördüyünüz kasıba kömək edin və ya bir gül alıb dostunuza verin. Birinin gülümsədiyini görmək sizi də xoşbəxt edəcək.

 

7) Problemi müəyyənləşdirin

Hər şeyi etdiyinizə baxmayaraq hələ də probleminiz varsa, problemin nə olduğunu təhlil edib müəyyənləşdirməlisiniz. İşinizdən məmnun olub-olmadığınıza, niyə bunu etdiyinizə və başqa hansı imkanlarınız olduğuna yaxşıca nəzər salmalısınız.  Buna görə də problemi müəyyənləşdirin.

 

Zümrüd Haqverdiyeva

Special School Məktəb tipli Reabilitasiya Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir