tort

Pendirli alma piroqu necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 585

“Gencaile.az” saytı “Şirin süfrə”  rubrikasında instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən pendirli alma piroqunun hazırlanma qaydasını təqdim edir

 

Tərkibi:

xəmir:

200 q un

100 q kərə yağı

1 yumurtanın sarısı

1-2 x.q. qaymaq (süd)

bir neçə qaşıq su (lazım gələrsə)

1 çimdik duz

1 çimdik şəkər tozu

 

iç:

1 iri yaşıl alma

200 q pendir (emental tipli)

200 q yağsız kəsmik, yaxud rikotta

0,5 st. yağsız qaymaq

3 yumurta

1 ç.q. Provans otları

kəkotu

piroq

 

Hazırlanma qaydası

Un və kərə yağını ovun, yumurta sarısı, süd (qaymaq), lazım gələrsə su əlavə edib xəmir yoğurun. Kündə tutub soyuducuda 1 saat saxlayın.

Pendiri sürtgəcdən keçirin, almanı təmizləyib nazik lay-lay doğrayın. Kəsmiyi ələkdən keçirin, qaymaq və yumurta əlavə edib yaxşıca qarışdırın (blenderdə də olar). Ədviyyatla duz-istiotu vurun.

Xəmiri nazik yayın. 22 sm diametrli formaya döşəyin. Üzərinə perqament çəkin, quru lobya töküb 220 dərəcə qızdırılmış  sobada 12 dəqiqə bişirin.

Bu müddətdən sonra lobyanı götürün.

Alma dilimlərini formadakı korjun üstünə düzün, kəsmikli kütləyə pendiri əlavə edib qarışdırın, almaların üstünə düzün. 200 dərəcə qızdırılmış sobada 35-40 dərəcə, qızılı rəng alanadək bişirin.

Nuş olsun!

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir