pip dolmasi

Pip dolması necə hazırlanır?

Baxış sayı: 678

Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir.Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2-4 gunə yalniz nazik yarpaqları yığılir. Pip yarpağının bütün üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz edir. Bu yazıda oxucularımıza məhz pip dolmasının hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

Quzu əti – 108 q.

Düyü – 30 q.

Baş soğan – 20 q.

Göyərti (keşniş, şüyüd və nanə) – 15 q.

Pip-(vələs) yarpağı – 40 q.

Qatıq – 20 q.

Ərinmiş yağ – 10 q.

Duz

İstiot

Darçın

 

Hazırlanması:

Quzu ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.

Təzə pip (vələs) yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir