Payiz

Payızda psixi və ürək xəstəlikləri kəskinləşir – HƏKİMDƏN XƏBƏRDARLIQ

Baxış sayı: 587

Payızda mövsümü olaraq psixi xəstəliklər, şizofreniya və ürək-damar xəstəlikləri kəskinləşir.

“Gencaile.az” saytı xəbər verir ki, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bu barədə xəbərdarlıq edib.

Nermine Abbasova

Hava şəraitinin dəyişməsi, kəskin enmələr xroniki xəstəliklərin residivini sürətləndirir, eləcə də şizofreniya və ürək patologiyaları artır.

Xəstələrin çox payız aylarında stenokardiya, ürək tutması, təzyiq yüksəlməsindən şikayət edir. Payızda və yazda bir neçə psixi xəstəliklərd, simptomlar da kəskinləşir.

Şizofreniyası olan insanlara vəziyyəti daha ciddi kontrol altına almaq lazımdır.

Ona görə də payız gələn kimi müvafiq həkimlərdən, müayinələrdən keçib müalicələrə başlamaq, immuniteti möhkəmlətmək, yuxu rejimini qaydaya salmaq, havada çox olmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir