Arzu bagirova

Psixoloji travma nədir və uşaqlarda necə yaranır?

Baxış sayı: 843

Psixoloji travma nədir? Hər hansı hadisə və ya epizoda qarşı prossesdir.Travmalar uşağın dünyaya baxışını dəyişir. Travmalar həm fizioloji, həm də psixoloji ola bilər. Lakin,biz stress və travma arasındakı fərqi bilməliyik. Stress -Normal olmayan situasialara qarşı orqanizmin verdiyi normal reaksiyadır. Stressin başlanğıcı, dəvamı və sonu olur.

İmtahandan zəif nəticə alırıqsa və ya imtahandan keçə bilmiriksə, bizdə stress yaranır. TRAVMA – Mənfi faktorların təsiri nəticəsində insanın psixi sağlamlığı zədələnir. Stressdən fərqli olaraq normal reaksiya deyil. Stress həddindən artıq olduqda travmaya səbəb ola bilər.

arzu bagirova 1

Uşaqlarda psixoloji travmaların yaranma səbəbləri

Mübahisələr, qəddarlığa şahid olmalar, vərdişlərin dəyişilməsi.Məsələn, oyun parkında bir itin qəflətən yelləncəklərin arasından çıxaraq uşağa hücum etməsi.(Şok travma nədir budur) Bu həm fiziki,həm də psixoloji travma ola bilər.

Arzu bagirova

Əlamətləri bunlar ola bilər: Uşağın reaksiyalarının əvvəlkilərə nisbətən daha donuq olması, əyləndiyi,güldüyü heçnədən əvvəlki kimi zövq almaması,çox ağlaması, əsəb partlamaları yaşaması, çox həyəcanlanması, mənasız aktiv hərəkətlər etməsi,agressivləşərək başqalarını dişləməsi, vurması, qısa müddətli yaddaş pozuntusu yaşaması və s.

 

Arzu Bağırova

Psixoloq-pedaqoq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir