derman

Azərbaycanda dərmandan zəhərlənənlərin sayı niyə artır?

Baxış sayı: 940

“2019-cu il yanvar ayının 1-dən bu günədək 141 nəfər dərmandan zəhərlənmə şikayəti ilə bağlı müraciət edib”.

Bu haqda Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, zəhərlənmə hallarının baş verməsinə səbəb dərman preparatlarının keyfiyyətsizliyi deyil:

“Buna səbəb həkim məsləhəti olmadan insanların dərman preparatları alaraq, qəbul etmələridir”.

Tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla isə bildirib ki, ümumiyyətlə, bütün dərmanlar həkim resepti ilə satılmalıdır:

“Təəssüf ki, hazırda ölkədə icbari sığorta tətbiq edilmədiyi üçün bu cür hadisələrlə tez-tez qarşılaşırıq. Xəstə özbaşına dərman ala bilməz, almamalıdır. İcbari tibbi sığortaya keçiddən sonra sığortalanmış vətəndaşların sosial müdafiəsi təmin olunacaq. Sonra belə məsələlərdə irəliləyişlər qeydə alınacaq”.

Professor qeyd edib ki, dünya praktikasında artıq resept olmadan xəstələrə dərman satışı qadağası tətbiq edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir