kompot

Heyva və nar kompotu necə hazırlanır?

Baxış sayı: 1. 507

Payız mövsümü adətən kompotların hazırlanması ilə əlamətdar olur. Məhz bunu nəzərə alaraq, bu gün xanım oxucularımız üçün heyva və nar kompotunun birlikdə hazırlanması ilə tanış edəcəyik.

 

İçindəkilər:

1 butulka üçün: 1,5 stəkan nar dənəsi, 5 dilim heyva, 1 stəkan şəkər tozu.

 

Hazırlanma qaydası:

Narı, heyvanı və şəkər tozunu butulkaya əlavə edirik. Üzərinə qaynar su töküb, 1 dəqiqə saxlayırıq ki, içində olan hava çıxsın. Qapaqları qaynar suda sterilizə edib butulkaların ağzını bərk bağlayırıq. Sonra sərin gün işığı dəyməyən yerdə saxlayırıq.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir