Müharibə əslində təkcə atəş səsləri, qələbə, məğlubiyyət, itirilən və alınan torpaqlar, bombalar, mərmilər, tarixə yazılan qalaq-qalaq faktlar, arxivlər deyil. Müharibə həm də ondan sonra yaşanan ömürdür. O dəhşəti yaşamış, hiss etmiş insan ömrü. Əsir talelərini demirəm. Bu başqa bir mövzunun hekayəsi olacaq. Bu gün müharibənin alovlarından keçmiş, gözü önündə əzizləri, doğmaları həlak olmuş, dünənəcən sadə, sakit bir həyata yaşayaraq bəlkə də dülgər, fəhlə, müəllim işləmiş insanların birdən-birə düşmənlə üz- üzə can alan əsgərə çevrilməsi, onların müharibədən sonrakı düşüncələri barədə danışacağıq. Müharibə travmaları barədə.
Müsahibimiz psixoloq Vəfa Əkbərdir.
-Vəfa xanım, Vətən müharibəsinə yalnız peşəkar hərbçilər qatılmadıl. Sadə insanlar da getdilər. Dünənəcən bir toyuq başı kəsməyə ürək etməyən insanlar adı düşmən də olsa insan öldürdü. Gözü önündə dostları, əzizləri məhv oldu. Bu insan düşüncəsinə hansı zərbələri vura bilər?
-Bunları atlatmaq, qavramaq asan bir şey deyil.Bu gün o qədər gənclər var ki, dəhşətli hadisələrin şahidi olublar. Onlar şok effekti olan emosiyalar yaşayıblar, sağ qalmaqla ölüm arasındakı incə cizgini görüblər. Belə insanlar bir müddət affect vəziyyətdə olurlar. Affekt vəziyyəti keçdikdən sonra yaşadıqlarını uzun-uzun danışmaq istəyəcəklər.Hər kəsə danışmaq müzakirə etmək. Bir müddət sonra bu ətalətlə əvəz olunacaq. Özlərinin həyat missiyalarının tamamlandığını düşünəcəklər.Ətalət, hərəkətsizlik, sıfırdan başlamaq duyğusu onu başqasının əlinə baxımlı vəziyyətə sala bilər. Daha sonra yuxu pozuntusu, qida pozuntusu başlayır. Yaşamaqdan zövq almağı itirlər. unudurlar. Emosiayaların ən dərinini, ən şok vəziyyətini yaşayıblar. Onlar ölümdən bir göz qırpımı məsafədən dönmüş insanlardırlar. Onlar bunu yaşyırlar.Müharibədə iştirak etmiş insanlar hətta yaşlananda belə o çətin günlərdən necə çıxdıqları barədə saatlarla danışırlar.
-Yəni özlərini inandırmağa çalışırlar?
-Əslində hə.Danışdıqca hər dəfə yenidən yaşamış olur və danışdığı insanın baxışındakı emosiyalarda özünü təsdiq edir, boşuna əziyyət çəkmədiyini dərk etməyə çalışır. Sonra cəmiyyətə adaptasiya problemi yaşanır.Münaqişlə, atəşfəşanlıq, hay-küy onlar üçün əziyyətli bir şeyə dönür, müharibə kadrlarını xatırladır çünki. Qorxu yaradır. Bəziləri aqressiya, bəziləri qorxu ilə reaksiya verirlər.Başqa bir vəziyyət də apatik yanaşmadır. Sanki, hər şeyə laqeyd, vecsiz yanaşma sərgiləyirlər. Piki yaşadıqlarına görə sevinc hisslərini içlərində başdırrlar. Məhz bu müddətdə mütləq şəkildə reablitasiya başlanmalıdır.Bu durumdan tez çıxmaq üçün mütləq psixoloji reablitasiya lazımdır.
-Psixoloji reablitasiya isə yəqin ki, uzun çəkir
– Ən az 6 ay, həftədə 2 dəfə lazımdır.Bu insanlar psixoloji dəstək almalıdırlar.
– Psixoloq az, əsgər çox.Bunun öhdəsindən gəlmək asan olacaqmı?
– Biz öz təkliflərimiz vermişik ki iştirak etməyə canla başla hazırıq.Demişik ki, hansısa bir qurum yaradılsın, biz də təmənnasz yardım edək. Ümid edirəm, bu uzadılmaz tezliklə yaradılar, biz də kömək edərik. Çoxlu sayda psixoloq müraciət edib. Son dəfə maraqlananda 200-dən çox kadr könüllü olaraq reablitasiya ilə məğul olmaq istədiyini demişdi.
– Psixoloji dəstəyi ala bilməyənlər də var. Rayonlarda, ucqarlarda yaşayanları nəzərdə tuturam. O dəstək olmadan, insan nə qədər sonra normal dönə bilər?
– O baxır insanın dəyərlərinə. Ailəsi, övladları, məsul olduğu insanlar varsa o normal həyata qayıtmağa, cəmiyyətə dönməyə, işə çıxmağa özünü məcbur edəcək. Amma məsələn heç kəsi olmayan, işləməyə məcbur olmayan bir gənc bunu etməyə bilər.
– Əsgərlərimizə hamı indi qəhrəman kimi baxır. Sevilirlər.Bu şəkildə yanaşılma onları xilas edəcəkmi?
– Bu gözəl bir duyğudur. Biz onların əməlini dəyərləndirəcəyik, buna borcluyuq. Lakin o insanlar bununla özlərinə bəs deməməli, missiyalarını tamamlanmış hesab etməməlidirlər.O düşünməməlidir ki, hər şey mənim bir əmrimlə önümə gələcək.İnsan özünü bu adaptasiyaya itələməlidir.
– Bəs bədən üzvünü itirən qazilərimiz, nələr hiss edəcək. Bəzən insane orqanzimindəki ən kiçik dəyişimi belə çətinliklə qəbullanır.
– Hələlik hamı eyforiya dövründədir. Qalibik. Hər kəs canını boşunu itirmədiyini düşünür, deyir itirmişəm amma qarşılığında qalib gəlmişəm. onlar o zaman acı çəkəcəklər ki, cəmiyyət onların normal yaşaması üçün şərait yaratmayacaq, iş verilməyəcək, ictimai nəqliyyatda, küçələrdə onların rahat hərəkəti üçün imkan yaradılmayacaq o zaman onlar özlərini bədbin hiss edəcəklər.Bunun üçün də cəmiyyət qazilərimizə gözəl şərait yaratmağa borcludur. Bizim üçün canından, qanından keçməyə hazır olanlara biz bu şəraiti hədiyyə etmirik, bunun bizim vəzifə borcumuz olduğunu bilməliyik.
– Qələbə sevincimiz də natamam oldu. Gözlədiyimiz kimi deyildi sanki. Bu nədəndir. 30 illik işğalın bitməsinə hələ inanmamaqdan irəli gəlir?
-Qələbə bizdə psixoloji doyum yaşatdı.Kəndlərimiz, rayonlarımız alındıqca sevindik. Amma çoxlu itkinimiz, şəhidimiz də var. İndi hüzn qalıb. Şəhidlərimizi, itkilərimizi yaşayırıq.Məsələn kimsə öz ad gününü , şəxsi bayramnı qeyd etməyə utanır. Biz əldə etdiklərimizi tam əldə etdikdə,ölənlərin sayını biləndə, qeyri-müəyyənlikdən çıxdıqda nəyə sevinib, nəyə üzüləcəyimizi tam dərk edəcəyik.
İlhamə Rəsulova