Ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil olunan və psixoloqların qatıldığı məqalə müsabiqəsi uğurla yekunlaşdı.
İlk məqalə müsabiqəsindən fərqli olaraq bu dəfə tək bölgələrdə fəaliyyət göstərən yox, bütün ölkə üzrə çalışan psixoloqlar qatılmışdı.
Məqalələrin qiymətləndirilməsi oxunma sayı əsasında aparıldı və müsabiqə ərzində təqdim edilən yazılar böyük maraqla qarşılandı.
Nəticələrə əsasən, müsabiqənin qalibi, 6102 oxunma sayı ilə Nuranə Şərifova oldu. Onun təqdim etdiyi “Tərif, yoxsa tənqid” adlı məqalə oxucular tərəfindən yüksək qiymətləndirilib və geniş paylaşım qazanıb.
İkinci yerə,“Səsini qaldır: Qorxunun divarlarını yıxaq“ adlı məqaləsi ilə böyük diqqət çəkən, sözügedən yazısı 3874 dəfə oxunan Günel Maarifqızının məqaləsi layiq görülüb.
İlk üçlüyü isə Atlas Qurbanova tamamlayıb. Onun “Ailədə psixoloji dayanıqlılıq: Daxili sabitliyin və birlik hissinin qorunması” başlıqlı yazısı 3419 dəfə oxunaraq ön sıralarda qərarlaşıb.

“Gencaile.az” rəhbərliyi müsabiqənin məqsədinin psixoloqların peşəkar biliklərini geniş auditoriyaya təqdim etmək, ailə psixologiyasına dair ictimai maarifləndirməni artırmaq və cəmiyyət üçün faydalı məzmunların təşviq olunması olduğunu qeyd edib.
Sayt rəhbərliyi bildirir ki, oxucu marağı və iştirakçı fəallığı nəzərə alınaraq bu cür müsabiqələrin davamlı şəkildə təşkil olunması planlaşdırılır.












































































































































































