q

Qadınlar bu sualların cavabını axtarır

Baxış sayı: 1. 916

Əziz kişilər, bir qadın sizi nə qədər yaxından tanıdığını fikirləşsə də, bəzi suallar var ki, onlar qadınları bütün münasibətboyu düşündürür. Bunu sizə nə qədər hiss etdirməməyə çalışsalar da, əslində qadınlar üçün siz olduqca sirli varlıqlarsınız. “Kishi.az” qadınları sizin haqqınızda maraqlandıran, cavabını tapmaqda çətinlik çəkdikləri suallara nəzər salıb.

Kişilər sevgili olduqları xanımlarda hansı xüsusiyyəti axtarır?

Bu hamımıza məlum olan faktdır ki, qadınlar sevgi münasibəti yaşadıqları kişilərdə “ər” xarakteri axtarmağa çalışırlar. Xanımlar, xəbəriniz olsun: kişilər də bu mövzuda sizin kimi düşünür. Kişilər də sevgili olduqları qadınlarda özlərinə layiq “həyat yoldaşı” cəhətləri axtarmağa çalışırlar. Bu xüsusiyyətləri tapmadıqda isə onunla sadəcə vaxt keçirməyə başlayırlar.

Kişilər niyə aldadır?

Qadınlar hər zaman sevgililərinin onları aldatdığı fikiri ilə yaşayırlar. İngiltərədə aparılan araşdırmaya görə, kişilərin 70%-i xəyanət etmir. Onların 13%-i cinsi həyatlarında dəyişiklik etmək istədikləri üçün özlərinə başqa qadın axtarır, 17%-i mənasız problemləri aradan qaldırmaq üçün yeni sevgi axtarışına çıxır. Bu araşdırmadan sonra kişilərin ancaq 30%-inin xəyanətə meyilli olduğunu nəzərə alsaq, “bütün kişilər xəyanətkardır” fikrinin nə qədər yanlış olduğunu görə bilərik.

Keçmiş sevgili ilə görüş məsələsinə kişilərin münasibəti

Qadınların nigaran qaldığı mövzulardan biri də keçmiş sevgili ilə görüşlərinin kişilər tərəfindən necə qəbul edilməsidir. Xanımlar, bu mövzuda narahat olmağınıza dəyər! Kişilər özləri keçmiş sevgili ilə görüşlərinə haqq qazandırmağa çalışsalar da, qadınların keçmiş sevgililəri ilə görüşünü birmənalı qəbul etmirlər. Araşdırmalara görə kişilərin 60%-i sevdikləri xanımın keçmiş sevgilisi ilə görüşünə normal yanaşır. Bunu isə istənilən vəziyyəttə sevgililərinə inanmaları ilə əlaqələndirirlər. Yerdə qalan 40% isə sevgililərinə nə qədər inansalar da, onalrın keçmiş sevgililəri ilə görüçünü qəbul edə bilmirlər.

Doğum müayinəsi zamanı kişilər nə düşünür?

Qadınların qorxuduğu mövzulardan biri də səhv kişinin övladını dünyaya gətirməkdir. Çünki qadınların fikrincə, ailə, uşaq məsələsində kişilər onlar qədər diqqətli deyillər. Onların bu cür düşünməsinin isə səbəbi var. Mütəxəssislərin sözlərinə görə, kişilər qadınlarla müqayisədə cinsi əlaqə öncəsi daha çox dərman qəbul edirlər. Bu dərmanlar isə əsasən uşaq dünyaya gəlməsinin qarşısını almaq üçün qəbul edilir.

Hesab ödəmə məsələsində kişilər niyə bu qədər həssasdır?

Qadınların çoxu kişilərin hesab ödəmə məsələsini niyə bu qədər ciddiyə aldıqlarını başa düşmürlər. Araşdırmalar göstərir ki, xanımlar münasibətin əvvəlində yemək zamanı hesabı kişi ödədiyi zaman özlərini narahat hiss edirlər. Hesabın heç olmasa yarı-yarıya ödənilməsini istəyirlər. Münasibət irəllilədikcə isə onların bu narahatlığı yoxa çıxır. Əksinə, bu zaman kişi xanımın hesab ödəmə məsuliyyətini onunla bölüşməsini arzulayır. (kishi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir