Qadınlar özlərini nə üçün tez-tez yorğun hiss edirlər?

Baxış sayı: 1. 574

Bir çox qadınlar tez-tez yorğunluqdan şikayət edir. Bəzən yorğunluq səbəbsiz olaraq meydana çıxır. Qadın fikir verir ki, çox işləməsə də özünü daim yorğun və halsız hiss edir.

Belə “səbəbsiz” yorğunluğun real səbəbləri bunlardır:

– Suyun az miqdarda qəbulu. Bir çox qadınlar su içməyi sadəcə unudur. Qadın gün ərzində az miqdarda su içərsə, bu yorğunluğa və baş ağrılarına səbəb ola bilər. Həkimlərin fikirinə görə sağlam insan gün ərzində 8 stəkan su içməlidir. Hava çox istidirsə və ya qadın idmanla məşğul olub və çox tərləyibsə, daha çox su içmək lazımdır. Həkimlər sidiyin rənginə fikir verməyi tövsiyə edir – sidik açıq sarı rəngdə olmalıdır. Sidiyin rəngi tünddürsə, orqanizmdə susuzlaşma inkişaf edir.

– Orqanizmdə B12 vitaminin çatışmamazlığı. Bu vitamin orqanizmin qanyaratma funksiyasında iştirak edir. B12 vitamin çatışmamazlığı nəticəsində orqanizmdə daha az qırmızı qan hüceyrələri yaranır ki, nəticədə beyin oksigen çatışmamazlığından əziyyət çəkir. Oksigen çatışmamazlığı zamanı insan səbəbsiz yorğunluq hiss edir, daim yuxulu olur, ayaqlarında keyimə hiss edir. B12 vitaminlə zəngin olan  qidaları qəbul edin – ət, balıq, dəniz məhsulları, yumurta sarısı, süd məhsulları. Lazım olduqda həkim sizə B12 preparatlarının qəbulunu təyin edə bilər.   

– Güclü xroniki stress yorğunluğa səbəb ola bilər.

– Qizli inkişaf edən ürək-damar sistemi xəstəliyi də xroniki yorğunluğa səbəb ola bilər. Əgər çox tez yorulursunuzsa, kardioloqun müayinəsindən keçin.

– Qadınlarda tez-tez dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edir. Belə anemiya da xroniki yorğunluğa səbəb ola bilər. Həkimə müraciət edin, lazım olan analizləri verin.

– Fizki aktivliyin az olması və ya əksinə həddindən artıq çox olması xroniki yorğunluğa səbəb ola bilər. Burada müəyyən balans saxlamaq lazımdır.

– Arıqlamaq üçün müxtəlif pəhrizlərdən süi-istifadə edən, yaxşı qidalanmayan qadınların orqanizmində bir çox vitamin və mineralların defisiti yaranır ki, nəticədə qadın tez-tez yorğunluq və zəiflik hiss edir.

– Sidik ifrazı sistemi iltihabları, qalxanvari vəzinin fəaliyyətində olan pozulmalar, qara ciyər xəstəlikləri, bədxassəli şişlər səbəbsiz yorğunluğa gətirib çıxara bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir