Günəbaxan tumu qocalmanı ləngidir

Baxış sayı: 1. 588

Qida mütəxəssisləri günəbaxan tumunun yaşlanmanı yavaşlatdığını və xərçəngdən qoruduğunu iddia edir. Onların qənaətinə görə, tumun tərkibindəki E vitamini və selenium ağ qan hüceyrəsi ifrazını artıraraq yaşlanmanı yavaşıdır.

Mütəxəssislər E vitamini və seleniumun birlikdə göz sağlığı başda olmaqla, xərçəngə və funksional pozuntulara qarşı da qoruma xüsusiyyətinin olduğunu deyirlər. Belə ki, gündəlik az miqdarlarda almalı olduğumuz selenium E vitamini ilə birlikdə bədənə antioksidant təsir göstərir.

Yetkin insanların gündə 50 mq selenium almaları tövsiyə olunur. 100 qramında 79 mq selenium olan tum gündəlik selenium ehtiyacını qarşılayır.

30 qram tum gündəlik E vitamini qəbulu miqdarının 76 faizini qarşılayır. Bu vitamin xərçəngə və funksiya pozuntularına səbəb olan molekullara qarşı antioksidant funksiyası daşıyır.

Araşdırmalara görə, daha çox E vitamini qəbul edənlərin infarkt riski də az olur.

Bundan başqa, bu vitaminin digər vitaminlərlə birləşərək gözlərin sağlam görməsini və sarı nöqtə pozuntusuna qarşı qoruduğu deyilir.

Həmçinin, tum ürək və damar xəstəliklərinə faydalı olan folat və maqneziumla da zəngindir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir