yaqut qasimova

Qadınlarda sonsuzluq əlamətləri

Baxış sayı: 973

Əgər kişi və qadın 1-2 il mütəmadi qaydada cinsi əlaqədə olursa və bu zaman hamiləliyə qarşı heç bir vasitədən istifadə olunmursa, lakin hamiləlik baş vermirsə, bu cür cütlük sonsuz hesab olunur. Sonsuzluğun səbəbkarı hər iki tərəf ola bilər. Bəs qadının sonsuz olduğunu necə müəyyən etmək olar?

 

Hamilə qala bilməmək

Müəyyən müddət qadının hamilə qalması mümkün olmursa, bu, sonsuzluğun ilkin əlamətlərindən biridir. Bir ildən sonra həkim sonsuzluq istiqamətində diaqnoz qoya bilər. Bundan əlavə, 35 yaşlı qadının 6 ay ərzində hamilə qala bilməməsi də sonsuz olduğunu göstərir.

hamilelik

Ağır və sancılı keçən menstruasiya dönəmi

Ağır və ya ağrılı keçən menstruasiya dönəmi döllənməyə təsir edə və daxildə gizli problem olduğuna işarə verə bilər. Bəzi qadınlar menstruasiya vaxtı bir neçə gün normal qanama yaşayarkən, digərləri mütəmadi olaraq ağır və ağrılı kramplar yaşaya bilir. Bu cür problemlə üzləşənlərdə qarnın alt bölgəsində uşaqlığın xaricində uterus mukozasına bənzər toxuma meydana gəlib, müxtəlif orqanlara yayılan endometrioz ola bilər. Bu, sonsuzluq üçün risk faktorudur.

 

İntim əlaqədə ağrı

Cinsi əlaqədə ağrı və ya displaziya qadının döllənməsinə təsir edə biləcək sağlamlıq probleminin əlaməti ola bilər. İnfeksiyalar, endometrioz və miyomalar bu cür sağlamlıq problemlərinə misaldır.

 

Tünd və ya donmuş qan rəngi

Əgər menstruasiya qanı normaldan daha soyuqdursa, bu həyəcan siqnalı ola bilər. Qan ilk günlərdə parlaq qırmızı olur, sonradan tündləşə bilər. Lakin ilk günlərdə görülən tünd və soyuq qan endometriozisə işarə edir.

 

Menstruasiya tsiklinin nizamsız olması

Menstruasiya tsikli qadınlarda zamanla dəyişir. Bununla belə bir çox qadın həmin etapı nizamlı keçirir. Hər dövr arasındakı vaxt təxminən eynidir. Nizamsız menstruasiya tsikli göstərir ki, mütəmadi olaraq yumurtalama getmir. Bu da sonsuzluğa gətirib çıxaracaq. Ovulyasiya uşaqlıqlığa bir yumurta buraxmaq deməkdir. Nizamsız ovulyasiya polikistik yumurtalıq sindromu, piylənmə, həddən artıq arıqlıq və tiroid problemlərdən qaynaqlana bilər.

hamile

 

Hormonal pozğunluq

Hormonal dəyişikliklərin simptomları spesifik deyil. Qadın bunu hiss etməyə və altda gizlənən səbəbi görməyə bilər. Ancaq həkimin analizlər nəticəsində hormonal problemləri aşkar etməsi mümkündür.

 

Piylənmə

Piylənmə döllənməyə mənfi təsir edir. Bu problemlə üzləşən qadınların hamilə qalmaq şansı daha aşağıdır və hamiləlik müddətində çəkinin artması risk yaradır.

 

Mama-ginekoloq Yaqut Qasımova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir