saqqal

Qadınların saqqallı kişilərdən niyə xoşu gəlir? – 5 SƏBƏB

Baxış sayı: 846

Qadınların saqqallı kişilərdən xoşlanmasının çox məntiqli fizioloji səbəbi var.

 

1-ci səbəb. Saqqal yetkinliyin göstəricisidir

Saqqallı kişini görən qadına şüuraltı səviyyədə onun yetkin olması barədə stereotip oyanır. Qadınlar isə bunu inkar etsələr də, yanlarında etibar edəcəyi, yetkin kişi görmək istəyir.

 

2-ci səbəb. Saqqal xarizmanı yüksəldir

Saqqalsız kişilərlə müqayisədə saqqallılar daha xarizmatik və sərt görünür. Qadın belə kişinin yanında özünü mühafizə olunmuş hiss edir.

Onların fikrincə belə kişilər qorxuducu olduqları qədər cəlbedicidirlər.

 

3-cü səbəb. Saqqala diqqət=qadına diqqət

Təəccüblü olsa da, bir çox qadın hesab edir ki, əgər kişi öz saqqalına diqqət yetirirsə, onlara da diqqət yetirəcək. Bu hardasa məntiqlidir.

Çünki saqqalın həmişə görünümlü qalması üçün göstərilən gündəlik diqqət bir çox qadının arzusudur.

 

4-cü səbəb. Saqqal mükəmməl sağlamlığın indikatorudur

Qadın şüuraltı olaraq saqqallı kişinin sağlam olduğunu düşünür. Sağlam kişi isə – sağlam nəsil deməkdir. Bu doğrudur – çunki əgər kişinin saqqalı gözəgəlimlidirsə, deməli onun hormonal durumu normadadır.

 

5-ci səbəb. Saqqalı kişi əla atadır

Bir çox qadın düşünür ki, saqqallı kişi həm də əla atadır. Çünki əgər kişi saqqal saxlayırsa, deməli o yetkindir və özünü ailə qurmağa, ata olmağa hazır hiss edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir