saqqal-saxlamaq

Sizə hansı saqqal yaraşar? – MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 883

Bəli, razılaşın ki, hər bir saqqallı kişi dəbli və müasir görsənmir.

Bunun iki səbəbi ola bilər:

* siz xaotik olaraq saqqal uzatmısınız;
* siz səhv saqqal formasını seçmisiniz.

Sizlərə üz quruluşunuza görə doğru saqqal seçməyi məsləhət bilirik.

Arıq üzlər
Belə üzə qısa saqqal yaraşacaq (1,5-2 sm). Bu saqqal iti üz cizgilərinizi yumuşaldacaq və üzünüzü daha yumru göstrəcək. Bu halda həmçinin bığ da saxlaya bilərsiniz.

Dördbucaq üzlər
Belə üz quruluşuna üçbucaq saqqal yaraşacaq. Saqqalın maksimum uzunluğu 5 sm təşkil etməlidir. Üzünüz vizual olaraq uzanacaq.

Yumru üzlər
Burada arıq üzlərdə olanın əksini edirik. Məqsəd burada üzü daha da sərtləşdirməkdir. Burada dördbucaq saqqal saxlamaq məsləhətdir.

Oval üzlər
Bığ və dəqiq sərhədli saqqal. Yanaqlarınızdakı saqqalın düz xətləri sizin üzünüzü bəzəyəcək.60480_dxodh549dm

Saqqalı necə uzatmaq olar?

1. İlk olaraq bir iki həftə üzünüzü qırxmayın.

2. Sonra bərbərə gedin və usta sizin üzünüzə uyğun olan formanı əldə edəcək.

3. Bəzən üzün tükləri, qulluğa baxmayaraq səliqəli uzanmırlar. Bu zaman bundan imtina etməyiniz daha məsləhətdir.

4. Bir neçə ay bərbərə gedin ki, saqqalınıza uyğun formanı versin.

5. Bilin ki, saqqal müxtəlif iyləri özün çəkir. Buna görə saqqal köpüyü daim sizin hamam otağınızda olmalıdır.

6. Yalnız 6 ay sonra bərbərin köməyi ilə saqqalınız uyğun formaya düşəcək.

7. Saqqal hər gün yuyulmalı və şampunlanmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir