BOYUN

Boyun fəqərələrini şaqqıldatmaq faydalıdırmı? – HƏKİM RƏYİ

Baxış sayı: 434

Boyun fəqərələrini şaqqıldadıb sındırmaq rahatlaşdırıcı, insana xoş gələn və sanki başdakı ağırlığı götürən prosesdir. Hətta insanlar bəzən ara “həkimləri”, manual terapevtlərə, masajçılara gedəcək bu prosesi etdirməyə can atılar. Xüsusən baş beyində qan durğunluğu olanlar boyundakı sıxılmanı götürməklə damarlardan qanın axınını yaxşılaşdırdıqlarını güman edirlər.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi,həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, insanlarda bu vərdişin xeyrindənsə zərərli tərəfləri çoxdur.

Nermine Abbasova

“Bədəndə istənilən oynaq və onurğa fəqərəsi birləşməsinin şaqqıldadılması oynaq ətrafındakı xüsusi kapsulu dartır. Bu kapsulda olan maye oynağa təzyiqin qarşısını alan amartizasiya rolunu oynayır. Təzyiq azaldıqda bu maye qaza çevrilir. Məhz bu qaz əmələgəlmə prosesində qığırdaqlardan şaqqıltı səsi gəlir. Bu proses tibdə kavitasiya adlanır.

Boyunda belə kapsulu olan oynaqlar çoxdur. Boynu sındırma zamanı kapsul partlayır, maye qaza çevrilib yüngülləşir, nəticədə xəstəyə elə gəlir ki, həmin hissədə ağırlıq getdi, yüngüllük hissi gəlir. Lakin bu müvəqqətidir, çünki kapsul yenidən maye ilə dolur. Tibbdə boyun şaqqıldatmasından sonra insult olma faktları çoxdur.”

  1. Abbasova qeyd edir ki, boyunda beyini qidalandıran əsas arteriyalar keçir. Bəzi insanlarda, xüsusən yaşlılarda onlar zədəli, zərif olur, qəfil hərəkətdə damar divarı laylanır, nəticədə beyin qan dövranı pozulur.

Həkim-tearpevt onu da qeyd edir ki, boynu sağa-sola sındırıb, şaqqıldadıb rahatlanmaq, bu daha çox psixi effektdir. Onun boyuna, sağlamlığa heç bir faydası yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir