Fazile Camalova

Davranış pozuntuları haqqında maraqlı məqamlar

Baxış sayı: 4. 420

Davranış pozuntusu nədir və nə zaman yaranır?

Davranış, bir insanın kənardan müşahidə oluna bilən bütün hərəkətlərdir. Uşaqlarda davranış pozuntusu, uşaq yaşadığı psixi və fiziki problemlərə əsaslanan, konfliktləri davranışlarında əks etdirdikdə ortaya çıxır. Davranış pozuntusu tez tez raştlaşdığımız çox ciddi bir problemdir. Yetkinlərdə artıq bu problem 15/17% çatmışdır.

Davranış pozuntularının bir çox əlamətləri vardır. Bunlar inadkarlıq, əsəbilik, təcavüzkarlıq, aqressiya, söyüş söymək, oğurluq, yalan danışma  və s. kimi  bir çox əlamətlər uşağın ətraf aləmlə əlaqələrini pozan davranışlardır. Uşaq inkişaf mərhələsində bəzi problemlərlə üzləşir.

Uşaq bu problemlərlə qarşılaşdığı zaman valideynləri tərəfindən dəstəklənmirsə və onların yanlış rəftarları ilə qarşılaşırsa, bu zaman instinktiv olaraq bəzi emosional davranışları özündə əks etdirir. Ən əsası uşağın yanlışları zamanla həll olunmursa,  bu gələcək zamanlarda, yəni yeniyetməlik dövründə, daha  böyük problemlər şəklində geri dönür. Son illər ərzində psixoloqlar bir neçə əlamətdar kəşflər etmişlər. Bunlardan ən önəmlisi uşağın şəxsiyyətini inkişaf etdirmək üçün onunla ünsiyyət üsulunun əhəmiyyəti haqqındadır. İndi sağlam və düzgün  ünsiyyətin qida qədər lazımlı olduğu mübahisə olunmazdır. Mükəmməl qidalanan və yaxşı tibbi qayğı görən, lakin valideynləri ilə daimi əlaqələrdən məhrum edilmiş körpə, yalnız əqli və psixi deyil, həm də fiziki cəhətdən düzgün inkişaf etmir. Uşaqların hər bir inkişaf dövrünün özünə məxsus davranışları vardır. Ona görə də davranış pozuntusunu aşkarlanması üçün uşağın yaş dövrünün xüsusiyyətləri yaxşı bilinməlidir.

Əsasən uşaqlar 3-5 yaşlarında onlarla  maraqlanılmasını istəyirlər. Ona görə özlərindən maraqlı hekayələr qurar, olmayan varlıq haqqında uzun-uzadı danışa bilərlər bu onların yalan danışması demək deyil və ya davranış pozuntusu deyil. Amma 11-14 yaşlarında artıq bu problem davranış pozuntusu kimi qeydə alına bilər. Uşağın müəyyən bir davranışı (məs; yalan danışmaq, oğurluq etmək, söyüş söymək, əşyalara və başqasının malına zərər yetirmək və s. kimi) israrla və uzun müddət təkrarlanması davranış pozuntusu hesab edilir.

-davamlı olaraq narahatlıq, əsəbilik aqresivlik.

-dırnaq yemə, barmaq əmmək.

-Şiddətə meyllilik və zorakılığa meyllilik.

-oğurluq etmək.

-utancaq (bəzi hallarda çox sakit görünə bilən), qorxaq şübhəçi kimi əlamətlərin bir neçəsi bir uşaqda 6 ay müdətində təkrar-təkrar yaşanırsa, bu zaman mütləq mütəxəssisə müraciət edilməlidir. Psixi durumların, davranışların yeniyetməlik dövründə pozulmuş olmasının bir çox səbəbi uşaqlıqdan gəlir. Valideynlər uşaqlarını böyüdərkən daha diqqətli olmalı onlarla düzgün ünsiyyət qurmalıdırlar.

-Davranış pozuntusu olan uşaqlarla necə davranmaq lazımdır?

Uşaqda yuxarıda sadaladığımız əlamətlərdən bir neçəsini aşkarladığımız zaman onu döymək, danlamaq, ona qışqırmaq, alçaltmaq qətiyyən olmaz. Əksinə , onunla rəftarı dəyişmək, daha anlayışlı, daha sakit bir münasibət qurmaq lazımdır. Valideynlərindən qorxduğu üçün daha çox yanlışlar eden uşağa validəynlərinə və özünə hörmət etməsini dəyərli olduğu üçün yanlışlarının üzərində işləməyi öyrətmək daha önəmlidir .

 

Psixoloq, refleksoloq Fazilə Camalova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir