ayaqqabi

Qalın topuqlu qadınlar necə geyinməlidir?

Baxış sayı: 598

Qalın topuqlu qadınlar hər zaman geyim seçməkdə çətinlik çəkirlər. Onların əsas xilaskar kombini isə dar cins şalvarla nazik daban ayaqqabılardır.

bu kombini seçdiyiniz hər hansı kofta, zinət əşyaları və çanta ilə tamamlaya bilərsiniz.

Əgər topuqlarınızın qalınlığından şikayət edirsinizsə, kobud ayaqqabılardan mütləq uzaq durmalısınız. Həcmli, çox naxışlı çəkmələr ayaqlarınızı olduğundan daha geniş göstərir.

 

Qalın biləkli xanımların qaçmalı olduğu ayaqqabı modelləri arasında topuqlu ayaqqabıları da misal göstərmək olar. Biləyi saracaq hər cür detallardan uzaq durmaqda fayda var.

Hazırda mövsümü olmasa da, kiçik topuqlu çəkmələr, yarım botlar, ucu sivri ayaqqabılar qalın biləkli xanımlar üçün ideal sayılır.

Əgər dabanlı ayaqqabı əvəzinə babet geyinməyə üstünlük verirsinizsə, yanları açıq modelləri seçməyiniz məsləhətdir. Beləcə, biləkdəki artıq çəki bərabər formada paylanmış olacaq.

Biləklərinizi daha incə göstərmək üçün ayaqqabınızın altının düz olmasına əmin olun. Bunlarla yanaşı, topuqları qalın olan qadınlar uzun ətəklər və donlara üstünlük verməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir