Hal-hazırda alimlər hər gün bütün dünya üzrə çox sayda insanın həyatını alan koronavirusun müalicəsinin axtarışındadırlar. Bu çətin dövrdə çoxları koronavirusun ilk epidemiya olmadığını və bəşəriyyətin əvvəllər də müalicə olunmayan xəstəliklərlə mübarizə apardığını xatırlayır. İnsanların indiyədək məğlub etdiyi yoluxucu xəstəliklər haqqında danışacağıq.
Təbii çiçək
Çiçək xəstəliyi ən pis xəstəliklərdən biri idi. Bu xəstəliyə yoluxmuş insanın bədəni yaralarla örtülürdü, sağalmaq şansı isə çox az idi. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxurdular. Sağalandan sonra xəstənin bədənində yara izləri qalırdı, ağır hallarda insan görmə qabiliyyətini itirirdi.
Təbii çiçək xəstəliyinə qarşı peyvənd 18-ci əsrdə ingilis həkimi Edvard Cenner tərəfindən icad edilmişdir. 20-ci əsrin ikinci yarısında həkimlər bu xəstəliyin öhdəsindən tam olaraq gələ bildilər. Bu gün təbii çiçək virusu təbiətdə artıq yoxdur.
Poliomielit
Poliomielit – sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir.
Bu xəstəlik minlərlə uşağın həyatını məhv edib. Kütləvi yoluxma halları Skandinaviya ölkələrində və Amerikada qeydə alınmışdır. 20-ci əsrin ortalarında poliomielit xəstəliyinə yoluxma hallarının artması bir çox ölkə üçün əsl fəlakət idi.
Poliomielitə qarşı peyvəndi amerikalı alimlər Conas Solk, Hilari Koprovski və Albert Seybin tərəfindən icad edilmişdir.
Dranukulyoz
Bu xəstəliyin əsas səbəbkarı Qvineya qurdudur. İnsan dranukulyoza su xərçəngkimilərini yeyən zaman yoluxa bilər. Qvineya qurdu mədə-bağırsaq traktina daxil olur və nəticədə həmin nahiyyələrdə qaşıntı, qızartı və suluqların yaranmasına gətirib çıxarır. Dranukulyozun törədə biləcəyi ən ağır xəstəliklər sırasına qanqrenanı və ürək-damar xəstəliklərini aid etmək olar. Hal-hazırda bu xəstəlik Afrika (Çad), Efiopiya və Cənubi Sudanda mövcuddur. Darnukulyoza qarşı peyvənd olmasa da, bu xəstəliyin mexaniki olaraq müalicə üsulu var.
Frambeziya
Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə frambeziya xəstəliyi mövcud deyil, çünki onun yayılmasının əsas səbəbi pis sanitariya şəraitidir.
Bu yoluxucu xəstəlik insanın dərisinə təsir edir, əsasən uşaqlar üçün təhlükəlidir. Xəstənin bədənində şişkinlik və yaralar meydana gəlir, yoluxma fiziki təmasdan baş verə bilər.
Frambeziyanın müalicəsindən ən vacib məqam şəxsi gigiyena qaydalarına riayət edilməsidir, əsasən antibiotiklər vasitəsilə müalicə olunur.
Qızılca
Qızılca ən yoxulucu xəstəliklərdən biridir. Əsasən ağız boşluğunun selikli qişastanın iltihabı, yüksək hərarət, eləcə də yuxarı tənəffüs yollarının iltihabı ilə xarakterizə olunur.
Bu günlərdə inkişaf etmiş ölkələrdə qızılcaya qarşı peyvəndlər vurulur ki, bu da ölüm hallarının sayını əhəmiyyətli dərəcədə azaltmışdır.
Tetanus
Bu xəstəlik haqqında hələ Qədim Misir, Yunanıstan, Hindistan və Çində yazırdılar. Tetanus xəstəliyin elmi tədqiqatı 19-cu əsrdə başlamışdır.
Əsasən iqlimi isti, rütubətli olan ölkələrdə çox yayılıb. Məcburi immunoprafilaktika keçirildiyi ölkələrdə yoluxma tezliyi 100 min nəfərə 0,6-dan çox deyil.
Fil xəstəliyi
Fil xəstəliyi və ya elefantiaz – insan bədəninin hər hansı bir hissəsinin həddsiz böyüməsidir. Ən çox Afrika ölkələrində yayılmışdır.
2015-ci il 5 oktyabrda Satosi Omura, Uilyam Kempbell ilə birlikdə bu infeksiyanın müalicəsi üçün preparatların kəşfinə görə Nobel mukafatına layiq görülüb.