Nermine Abbasova

Qasıq göbələyi cinsi həyata da mənfi təsir edir

Baxış sayı: 413

“Qasıq göbələyi dermatofitlərin yaratdığı bir infeksiya növüdür. Rütubətli və isti bölgələrdə, həddindən artıq tərləyən insanlarda, piylənmədən əziyyət çəkən insanlarda daha çox rast gəlinir. Qasıq nahiyəsində qızartı, qaşınma və səpgi şəklində ortaya çıxan sağlamlıq problemi olaraq təyin edilir. Yoluxucu ola biləcəyi üçün müalicə prosesi başa çatmamış paltar, dəsmal və sair paylaşılmamalı, yalnız şəxsi əşyalardan istifadə edilməlidir.

Bu sözləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova qasıq göbələyi ilə bağlı oxucularımızı maraqlandıran sualları cavablayarkən deyib.

Nərminə xanım bildirdi ki, qasıq göbələyi birbaşa təmas yolu ilə yoluxucu olsa da, cinsi əlaqədən sonra partnyorlar arasında da keçə bilər:

“Ən çox kişilərdə müşahidə olunur. Qasıq nahiyəsində səpgi ilə başlayır və sonra ətrafa yayılan halqaya çevrilir. Birtərəfli ola bilər və ya hər iki qasıq bölgəsində baş verə bilər. Hətta daha da yayıla və ombalara qədər uzana bilər. Qabıqlanma ilə müşayiət olunur, həmçinin su ilə dolu kiçik blisterlər və qaşınma ola bilər. Qasıq göbələklərinin əmələ gəldiyi nahiyənin tez-tez və sərt qaşınması qıcıqlanmaya səbəb olur. Qasıqda limfa düyünlərinin şişməsi tinea cruris, yəni qasıq göbələyi əlamətləri arasındadır. Cinsi həyata da mənfi təsir edə bilən qasıq göbələyi, yaratdığı narahatlıq səbəbiylə ictimai həyata da mənfi təsir edə bilər. Qısa müddətdə sağalmaq üçün ən qısa müddətdə dəri xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən fiziki müayinə və müalicə aparılmalıdır.

Qasıq göbələyinin kimlərə təsir etməsinə gəlincə, ailə həkimi dedi ki, xəstəlik hər iki cinsə təsir edir. Onun sözlərinə görə, kişilər üstünlük təşkil edir:

 

 

“Qasıq göbələyi bütün yaş qrupundan insanlara təsir etsə də, yeniyetmələrdə daha çox inkişaf edə bilər. Bu xəstəlik xüsusilə isti rütubətli tropik iqlimlərdə geniş yayılmış bütün irqlərə təsir edə bilər. Qasıq göbələyi üçün risk faktorlarına uzun müddət davam edən piylənmə, həddindən artıq tərləmə, diabetes mellitus, yerli steroid istifadəsi daxildir. Qasıq göbələyi infeksiyasının yaranma səbəblərinə gəlincə, buna dermatofit göbələkləri, ən çox Trichophyton Rubrum və Epidermophyton Floccosum səbəb olur. Qasıq göbələyi infeksiyasının qasıq nahiyəsinə yayılması adətən ayaqlardan və ya dırnaqlardan çirklənmiş dəsmal, yaxud yataq dəsmallarının cızılması və ya istifadəsi ilə baş verir”.

Nərminə xanım qasıq göbələyi infeksiyasının simptomlarından da bəhs etdi. Bildirdi ki, qasıq göbələyi infeksiyasının simptomları l sm qədər ölçülü, dəqiq çevrəli, girdə, iltihablı çəhrayımtıl-qırmızı rəngdə ləkələrlə özünü büruzə verir:

“Periferik artım və birləşərək büküşlərin sərhəddindən kənara çıxan iri ocaqlar əmələ gəlir; onlar qeyri-dəqiq konturlu, üzərində pulcuqlar, pustulalar, qovuqlar, qabıqlar, eroziyalar formalaşaraq nəzərə çarpacaq periferiyaya doğru şişkin yastıqlar halında olur. Prosess çapıq qoymadan izsiz nəticələnir. Subyektiv olaraq yüngül qaşınma, göynəmə və ağrı mümkündür. Qasıq göbələyi infeksiyası əsmər fərdlərin dərisində kəskin hiperpiqmentasiyaya səbəb olur. Qasıq göbələyi infeksiyasının lokalizasiyası – qasıq, qoltuqaltı büküşlər, süd vəzilərinin altında və nadir hallarda başqa nahiyyələrdə görünür”.

 

Ailə həkimi qeyd etdi ki, qasıq göbələyi infeksiyasının diaqnozu üçün ilk addım fiziki müayinədir. Həkimin sözlərinə görə, müayinə nəticələri ilə yanaşı xəstədən alınan məlumatlar da diaqnoz üçün çox əhəmiyyətlidir:

“Qasıq göbələyi infeksiyası klinik olaraq tipik axıntı kimi görünsə də, onlar insandan-insana dəyişə bilər və heç bir səpgi əlamətləri görünməyə bilər. Qasıq göbələyi infeksiyası baş verdiyi nahiyədə müxtəlif infeksiyaların təkrarlanmasına səbəb ola bilər. Bu, tək bir göbələk infeksiyasını klinik olaraq ayırd etməyi çətinləşdirir. Şikayətlər oxşar ola biləcəyi üçün diaqnoz üçün səpgidən götürülmüş nümunə mikroskop altında araşdırılır. Nəticələr əsasında qasıq göbələyi infeksiyasının qəti diaqnozu qoyulur”.

 

Qasıq göbələyi infeksiyasının müalicəsinə diqqət çəkən ailə həkimi ümumi və profilaktik tədbirlərdən danışdı:

“Ayaqlardan göbələklərin köçürülməməsi üçün yuyulduqdan sonra diqqətli dəsmal edilməlidir. Boş geyim, hiperhidroz və ya piylənmə kimi risk faktorlarının müalicəsi, hamamdan sonra yerli antibakterial toz mütləqdir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir