psixoloji problem

Qayğılardan bu yolla qurtulun – 8 TÖVSİYƏ

Baxış sayı: 1. 962

Hər insanın özünü qayğılı və stress altında hiss etdiyi anları olur. Buna səbəb olan amillər sırasında yarımçıq qalan işlər, tıxacda uzun müddət qalmaq və başqa səbəblər də yer alır. “Gencaile.az” Aile.lent.az-a istinadən qayğınızı yox edəcək 8 tövsiyə təqdim edir.

Tənqidə açıq yanaşın. Qərarlı, məqsədli, tənqid və dəyişikliyə həmişə açıq olan, özünü yaxşı tanıyan biri olun. İnsan istəyərsə, hər şeyə nail ola bilər.

İncəsənətin hansısa sahəsi ilə məşğul olun. Boş vaxtlarınızda bacarıqlı olduğunuz işlərlə məşğul olmaq sizi rahatladacaq. Həftədə bir dəfə yazı yazmaq, musiqi dinləmək, rəsm çəkmək ruh halınıza yaxşı təsir edəcək.

Mənfi düşüncələrdən qurtulun. Həyat haqqında həqiqətə uymayan gözləntilərdən qurtulmaq, düşüncə və duyğularınızı bir anda müsbətə doğru dəyişəcək. Özünüz yaratdığınız müsbət enerji ilə bütün lazımsız qayğı, narahatlıqlardan qurtula bilərsiz.

Özünüzü sevin. Başqaları kimi bəyənilmək və sevilmək kimi istəyinizin olmasın, heç kimin sevgisinə möhtac olmayacaq qədər özünüzü çox sevin, özünüzə güvən və hörmətiniz artsın. Araşdırmalara görə, hadisələr zamanı mənfi reaksiya vermək və mənfi düşünmək o an yaşanan gərginliyi daha da artırır.

Vaxtınızı yaxşı keçirin. Bu gün ərzində nə qədər şey edə biləcəyinizi əvvəlcədən düşünün. Gününüzü məntiqli şəkildə planlaşdırın. Planla getmək ən çətin işlərin belə, öhdəsindən gəlmənizə yardım edəcək.

Ətrafınızda müsbət insanlar olsun. Səmimi və güvənli ünsiyyətlər qurmaq, xoş insanlarla yoldaşlıq etmək ən yaxşı köməkçiniz ola bilər. O cür əyləncəli insanlarla nələrsə etmək sizə enerji qazandıracaq.

Yoqa, ya da Tai edin. İşlər yolunda getməyəndə problemdən uzaqlaşıb yoqa, ya da Tai ilə məşğul olun.

İdman edin. Hər gün 30 dəqiqə idman edənlərin beyin fəaliyyətlərində dəyişiklik olur və bu da stressi azaldır. Hər gün piyada qaçın, velosiped sürün. Eyni şəkildə musiqi dinləmək, rəqs etmək də ruh halınızı tükənmişlikdən xilas edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir