Qayınanalar ürək xəstəliyinə səbəb olurmuş

Baxış sayı: 2. 286

Qaynanası ilə bir evdə yaşayan qadınlarda stress əlamətlərinin daha tez əmələ gəldiyi sübut edilib. Elmi araşdırmalar qaynanaların ürək xəstəliklərinə səbəb ola biləcəyini üzə çıxarıb. Alimlərin sözlərinə görə, böyük ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara nisbətən 3 dəfə çoxdur.gelin_qaynana

Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evdə həm bir qız övladı, həm də ana rollarının stresi ilə yaşamaq, qan təzyiqinin yüksəlməsinə və hətta şəkər xəstəliyinə səbəb ola bilərmiş. Ailə həyatının sağlamlığa təsirini ölçmək üçün aparılan araşdırmada təxminən 91 min sağlam, orta yaşlı qadın və kişi iştirak edib.

Aparılan bu araşdırmalar ərzində 671-də nəfərdə ürək-damar xəstəlikləri qeydə alınıb. Onlardan 339-u məhz ürək xəstəliklərindən, 6255-i isə digər səbəbdən dünyasını dəyişiblər. Eyni zamanda yalnız öz həyat yoldaşları ilə yaşayan qadınların ürək-damar xəstəliklərinə tutulma riskinin, daha geniş ailədə yaşayan qadınlara nisbətən daha az olduğu üzə çıxıb.

Professor Hiroyasu İso bunun səbəbini, geniş ailələrdə yaşayan qadınların stres ucbatından siqaret, içki kimi alışqanlığa meylliyi izah edib. Həmçinin, qadının ailədə qaynana, qaynata, baldız, həyat yoldaşı kimi özündən nüfuzlu ailə üzvlərinə qarşı davranışlarda tez-tez rollara girmək məcburiyyətində qalması ucbatından daha çox stressə düşdükləri üzündən ürək xəstəliklərinə tutulmalarına da diqqət çəkib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir