1606917_631462576913136_437317160_n

“Qız anası olmağa tələsirəm” – MÜSAHİBƏ

Baxış sayı: 5. 049

Gəncaile.az  saytı bu həftədən etibarən “Gənc ana” rubrikasına başlayır. Bu rubrikada müxtəlif peşələrdən tanıdığınız xanımları gənc ana kimi sizlərə təqdim edəcəyik. İlk qonağımız Məhsəti Şərifdir.

“Həyatımın insanını burda tapdım”

 

Ana olmaq üçün verdiyiniz qərar öncədən düşünülmüş idi yoxsa?

–         Ailə quran hər bir xanımın arzusu ana olmaqdır. Təbii daha gənc ailə quranlar bir az zamanla qərar verirlər. Əvvəl iş, sonra uşaq. Amma mən kifayət qədər işləmişdim və gec yaşda ailə qurmuşam. Ona görə də plana gərək qalmadı. Çünki ana olmaq üçün gecikmişdim. Ona görə ailə qurdum və ana oldum.

1426196_631463013579759_152433451_n

Neçə ildir artıq ana adını qazanmısınız?

–         Yox il deyil, ay deyək. Artıq on aydır. Oğlumun yaşı hələ tamam olmayıb.

Bilirik ki, siz qonşu ölkədə – Türkiyədə yaşayırsınız. Elə övadınız da yəqin orda doğulub. Bəs doğumdan sonra uşağa tək baxmaq çətin olmadı ki?

–         Övladım Türkiyə vətəndaşıdır. Əlbəttə, çətinlik çəkdim. Təcrübəsiz idim. Adətən bu məsələdə analar qızlarına yardım edir. Mənim anam uzaqda yaşayırdı. Qaynanam isə rəhmətlik olub. Ona görə mən çətin də olsa, uşağa tək baxdım. Amma insan hər şeyə alışır. Artıq çətin deyil.

Son zamanlar gənc qadınlar daha çox qeysəriyyə əməliyyatı ilə ana olmağı üstün tuturlar. Sizcə, bu, niyə belədir?

–         Bunun bir neçə səbəbi var. Birincisi, asan yola qaçırlar. İkinci, həkimlər belə uyğun görür. Bu, daha çox Azərbaycanda belədir. Amma mənim yaşadığım ölkədə daha çox yaş həddi və səhhət nəzərə alınır.

Bəs siz bir gənc ana kimi hansına üstünlük verirsiniz?

–         Mən qeysəriyə əməliyyatına (gülür).

Deməli siz də rahat yola qaçırsınız?

–         Çünki mənim yaşım 36-nı keçib. Bu yaşda həkimlər də belə uyğun görür. Mən də asan yola qaçmışam. Amma həkim məsləhəti belə olub. Mənim yaş həddim risk qrupuna daxil idi.

Hamiləlik zamanı artıq çəki problemi sizdə də olmuşdu?

–         Yox, əksinə, mən çox zəifləmişdim. Ana olduqdan sonra rəfiqələrim məni görüb təəccüblənmişdi.

Sizcə, hamiləlikdə xanımlar əsasən nə ilə qidalanmalıdırlar? Nələrə üstünlük versələr, daha yaxşı olar?

–         Mən həkim deyiləm. Yəni ona görə belə məsləhət versəm, düz olmaz. Amma həkimimin mənə dediklərin çatdıra bilərəm. Həkimim mənə həmişə deyirdi ki, balıq, ət, süd məhsullarından istifadə et, çox yemə, amma ac da qalma. Bir də bol-bol su iç. Su çox önəmlidir. Həm artıq çəki olmur, həm də başqa xəstəliklər.

61867_631464010246326_774662898_nÖvladınızı ilk gördüyünüzü anı xatırlayırsınız? Necə hiss idi?

–         Xatırlayıram, vallah, onda əməliyyatdan yeni çıxmışdım deyə heç nə hiss etmirdim. Sadəcə, balaca körpə kimi sevdim. O dəqiqə ana olduğumu hiss etmədim. Sonradan bağ yaranır. Təbii ki, indi başa düşürəm ki, analıq dünyanın ən gözəl hissidir. Elə indi anamı daha yaxşı başa düşürəm.

Oğlunuzun adını kim qoyub bəs?

–         Oğlumun adı İlhamidir. Biz ona İlhan deyirik. Atası qoyub adını. Oğlum babasının, yəni qayınatamın adını daşıyır.

Bu adət-ənənə bizdə var. Çox vaxt ailələrdə yeni doğulan körpələrə babanın, nənənin və ya hansısa bir dünyasını dəyişmiş şəxslərin adlarını qoyurlar. Bunu dəstəkləyirsiniz?

–         Mənim oğlum da babasının adını daşıyır. Məncə, bu, hər kəsin öz seçimidir. Kimi bununla mənəvi rahatlıq tapır. Təbii ki, bəzən nənə, baba adı çox qədim olur, uşaq böyüyəndə etiraz edir. Belə faktlar da olur. Dünyasını dəyişən insanın adını qoymaq olar. Bir gün hamı dünyasını dəyişəcək. Sadəcə, bir az adların səslənməsinə diqqət etmək lazımdır. Məsələn, “Kombayn”, “Sovet” kimi adlar da var. O adı bizim babamız da daşıya bilər. Amma indi biz bunu ovladımıza qoysaq, o gələcəkdə etiraz edər. Məncə bu məqama diqqət etmək lazımdır. Mənim oğlumun da babası rəhmətə gedib. Amma mən çox sevə-sevə onun adını səsləndirirəm. İnanıram ki, onun da ruhu şad olur.

1150283_631463743579686_2010708413_n

Sizin həm də işgüzar fəaliyyətiniz var. Xüsusilə son dövrlərdə mediada aktiv fəaliyyətiniz göz qabağındadır. Həm ev, həm körpənin qayğısı, həyat yoldaşınıza qulluq, həm də iş. Bütün bunlar çətin olmur?

–         Mən ümumiyyətlə çox işləməyə alışmışam. 1995-ci ildən dayanmadan işləmişəm. Çalışdığım yerlərdə də həmişə aktiv olmuşam. Ailə qurandan sonra bir müddət yazmadım. Sonra gördüm ki, çox darıxıram. İndi sərbəst mövzular yazıram. Yəni hər gün reportaja getmirəm. Bəzən müsahibələri telefonla alıram. Amma reportajlara mütləq özüm gedirəm. Həyat yoldaşım bu baxımdan çox anlayışlıdır. O, mənim hisslərimi anlayır. Çünki onun özü də uzun illər TV-də çalışıb. Bir rəfiqəm var, siz də tanıyırsız – jurnalistdir – Pərvanə Sabirqızı. O bizə tez-tez gəlir. Və mənə deyir ki, sen kombaynsan (gülür – S.M.). Hər şeyi çatdırısan. Bu, vərdişdir məncə.

Həyat yoldaşım anlayışlıdır dediniz, bəs anlayışlı olduğu qədər də sizə yardım edə bilirmi? Məsələn ev işlərində, uşaqla bağlı.

–         Mən həyat yoldaşım baxımından çox şanslıyam. O, hər gün səhər işə gedir, axşam gəlir. Təbii ki, onun da qayğıları, yorğunluğu var. Amma buna baxmayaraq çalışır ki, mənə kömək etsin və edir də. O, kömək etməsə, mən bu qərib yerdə tək necə çatdırardım?

1545070_631463530246374_662922215_n

Bəs bir sual daha yarandı. Elə qərib yerə getməyə necə ürək etdiniz?

–         Bəzən ürəyin istədiyi ilə ürək bacarmır! Demək ki, mən həyatımın insanını bu qərib yerdə tapdım. Yer qərib olsa da, həyatımı birləşdirdiyim insan doğmadır.

Övladınız 10 aylıqdır dediniz. Xüsusi bir rejimi filan varmı?

–         Yatmaq, yemək rejimi var. Başqa xüsusi rejim üçün kiçikdir. O, indi həyatla tanış olur. Hələ ki, öz rejimini özü müəyyənləşdirməyə çalışır. Amma təbii ki, böyüdükcə rejimlər və qaydalar artacaq.

Gün ərzində neçə dəfə qidalanır?

–         Oğlum hazır yeməklər yeyir. Səhər, günorta, günorta ilə axşam arası. Axşam. Bir də təbii ki, özü istəyəndə.

Deməli, ana südü ilə qidalanmır?

–         Yox, ana südü ilə qidalanmır. Bunun səbəbi var. Belə məsləhət olub.

Bəs hər hansı bir individual xarakterini hiss etmisinizmi, bu günə qədər?

–         Bir az duyğusaldır. Bir saniyədə gözündən elə yaş axıdır ki… Bu xarakteri mənə oxşayır. Bir az da inadçı görünür. Amma hələ çox kiçikdir deyə elə bir şey də deyə bilmirəm. Böyüdükcə xarakter formalaşır.

 

Maraqlı, yaddaqalan gülməli nəsə bir hadisə olubmu oglunuzla bağlı?

–         Oğlumun özü elə maraqlıdır. Mənim üçün indi onun hər hərəkəti maraqlı və yadda qalandı. Yəni konkret bir şey deyə bilmirəm. Bəlkə bir az böyük olsa daha rahat danışmaq olar. Sadəcə, o dünyaya gələn gün mən Bakıdakılara deməmişdim. Atası həmin günü kimliyini aldı. Biz hələ xəstəxanadaydıq. Kimliyin şəkilini çəkib “facebook”a qoymuşdu. Bakıdakılar şok olmuşdu. Elə bilmişdilər zarafat edirik. Oğlum 8 aylıq dünyaya gəlib. O üzdən demədik ki, narahat olmasınlar.

Ümumiyyətlə, sizcə gənc analar və ya ana olmağa hazırlaşanlar sağlam övlad dünyaya gətirmək üçün nələri bilməlidirlər?

–         İndi mariflənmək üçün vasitələr çoxdur. Çox oxusunlar. İnternetden araşdırsınlar. Ana olmadan öncə öz səhhətlərini yoxlatsınlar. Əsəb və gərginlikdən, çalışıb uzaq dursunlar. Bir az çətin olsa da. Həkim seçiminə diqqət etsinlər və hər bir addımların həkim məsləhəti ilə atsınlar. Mən bu məsələdə çox praktikalı deyiləm. Amma yaşadığım ölkədə həkimlər bu məsələdə diqqətlidir və ailə həkimimizin məsləhətindən yararlanmışam.

Bəs gələcəkdə və ya indi hər hansı bir tərbiyə metodlarına müraciət etmək istəyirsinizmi?

–         Əslində, təməldən tərbiyə metoduna başlamaq lazımdır. Mən məsələn, uşağın hər istədiyini etməyin əleyhinəyəm. Elə indi də ağlayıb bir şeyi inadla istəyəndə vermirəm. Çalışıram onun başını tam fərqli şeylə qatım. O istədiyini bir müddətdən sonar unudur. Amma müəyyən yaşdan sonra, məsələn məktəb yaşında olarkən  çox qəlibə qoymaram. Çərçivəyə salmaram. Amma həddini aşmamaq şərti ilə. Azad düşünməsinə və öz fikrinin formalaşmasına şərait yaradaram.

Gün ərzində övladınıza kifayət qədər zaman ayıra bilirsinizmi?

–         Ayırıram, sadəcə işlə bağlı çıxanda bir neçə saat ola bilər ki, olmasın. Rəsmi bir işim yoxdu və sərbəst çalışdığıma görə vaxtım onunla keçir. Yazılarımı isə gecə o yatandan sonra yazıram. Onun vaxtını hec kimə xərcləmərəm!

Sizcə müasir dövrdə gənc anaların əsas problemi nədədir?

–         Facebookda. Bu elə mənə də aiddir. İnternet bir az bağımlılıq yaradıb. Bu bir az zarafat bir az gerçəkdi. Amma müasir dövr anaları elə bilir ki, uşaq yeriyən, danışan kimi interneti, kompüteri  əzbərləməlidi. Ən son model telefondan başları çıxmalıdır. Bu yanlışdır məncə.

Niyə yanlış olan nədir?

–  Məktəb yaşlı qızlar, oğlanlar əllərində son model telefon, kompüter gəzir.

Hər şeyin öz vaxtı var. Məktəbli internetə girməlidir. Amma sosial şəbəkələrdə sevgi statusları yazmamalıdır. Valideyn diqqət etməlidir ki, onun övladı internetdə dərs bilgilərimi alır, yoxsa başqa işlərləmi məşğul olur. Mən müasir insanam. Amma bunun elehineyəm.

Razılaşırsınızmı müasir ana olmaq, həm zamanla ayaqlaşıb geri qalmamaq həm də uşaq böyütmək çox çətindi?

–         Həyatda heç bir şey asan deyil. Sadece planlı olmaq lazımdı. Her şeyi vaxtında etmək, zamanını doğru bölmək lazımdır.

Qız anası olmağa tələsmirsiniz?

–         Tələsirəm (gülür)

Siz də düşünürsünüz ki, hər ananın mütləq bir qızı olmalıdır? Sizcə bu doğru prinsipdir?

–         Bu prinsiplə olmur ki övlad ovladdır. Qiz, oğlan nə fərqi var? Əsas ailəsinə, vətəninə xeyirli olsun. Cəmiyyət üçün yararsız olmasın.

–         Amma deyirlər ki, qız övladı ailəyə, ataya xüsusi ilə anaya daha “yanımlı” olur.

–  O insanın içində olmalıdır. Bəzən elə oğullar olur atasına, anasına qızdan da yaxın olur. Bəzən də əksinə. Məncə yaxşı övlad olmaq lazımdır.

–  Sonda demək və ya əlavə etmək istədiyiniz nəsə var?

– Hər şeyi soruşdunuz. Sadəcə bir şey deyim ki, valideynlər övladlarını aqressiv böyütməsinlər. Onlara mərhəmət hissini aşılasınlar.

1501819_631464076912986_489557045_n

 

 

 

Səbinə Məmmədova

Xüsusi olaraq “Gencaile.az” saytı üçün

 




1 şərh ““Qız anası olmağa tələsirəm” – MÜSAHİBƏ

  1. Mr James

    Mən cənab James Wood bir qanuni Və Hörmətli kredit Sahibindən edirəm. Biz maliyyə yardımı ilə dinamik şirkətidir. Biz pis kredit və ya pul ehtiyacı olan biznes investisiya, ödəmək üçün maliyyə yardımı ehtiyacı olan şəxslər üçün vəsait borc. Mən sizə bir kredit təklif şad kimi, biz etibarlı və benefisiar yardım ki, sizə məlumat üçün bu orta istifadə etmək istəyirik.

    Poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın: jameswoodloan@gmail.com

    Maraqlı əgər geri yazın.

    FULL NAME ………
    SEX ……….
    COUNTRY ……….
    KREDİT MƏBLƏĞİ ………
    MÜDDƏTİ ……
    TELEFON NÖMRƏSİ: ………

    təşəkkür

    cənab James

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir