Gün ərzində 2-3 fincan qəhvə içmək ürək-damar, sinir sistemi xəstəliklərindən və ikincili diabetdən ölüm riskini azaldır. Musavat.com-un məlumatına görə bu barədə amerikalı təbiblərin araşdırmasında deyilir.
Alimlər bu qənaətə Amerikada hələ də davam edən üç iri təhqiqatın ilkin nəticəsi əsasında gəliblər. Bu təhqiqatlar çərçivəsində 30 il ərzində təcrübə iştirakçıları olan 200 mindən artıq kişi və qadından nə qədər qəhvə içdikləri hər 4 ildən soruşulub.
Araşdırma müddətində 19 524 qadın və 12 432 kişi vəfat edib. Məlum olub ki, onların arasında qəhvə həvəskarları xeyli azdır. O da bəlli olub ki, siqaret çəkməyən, spirtli içki içməyənlərdə qəhvənin təsiri daha güclüdür.
Alimlərə görə, qəhvənin sağlamlığa faydası içkidəki qəhvənin faizindən asılı deyil, bu da o anlama gəlir ki, orqanizmə qəhvənin özü yox, qəhvə dənələrindəki başqa təbii, bioaktiv birləşmələr kömək edir.
Bununla belə, qəhvənin orqanizmə pozitiv təsirinin mexanizmlərini öyrənmək üçün əlavə təhqiqatlara ehtiyac olduğu bildirilib. Alimlər həmçinin, bu nəticələri hələlik ehtiyatla qəbul eləməyi məsləhət görüblər.