maska

15 gündə 5 yaş cavanlaşdıran – düyü maskası

Baxış sayı: 3. 786

Düyü tərkibindəki omega-6 yağ turşusu (linoleik turşusu) və antioksidantlar sayəsində dəri hüceyrələrini yeniləyir, ona daha təravətli və parlaq bir görünüş verir, eyni zamanda da, dəri ləkələrini yox edir.

Maska üçün lazım olan ərzaqlar:

1 xörək qaşığı düyü
1 xörək qaşığı süd
1 xörək qaşığı bal

Hazırlanması:

Düyünü 2-3 stəkan suda yumşalana qədər qaynadın. Suyunu süzün, amma tökməyin, çünki maskadan sonra üzünüzü məhz həmin su ilə yuyacaqsınız.

Düyünü süddə əzərək yaxşıca qarışdırın. Sonra bal əlavə edin. Maskanı təmiz və quru üzə sürtün. Üzünüzdəki maskanın quruması üçün bir az gözləyin. Sonra onu silib üzünüzü, yuxarıda qeyd etdiyimiz kimi, soyumuş düyü suyu ilə yuyun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir