Bu yazıda qeyri-adi yerlərdə yaşayan insanların macəralarından bəhs edəcəyik.
14 ildir Pekin hava limanında yaşayır
Məşhur aktyor Tom Hensın çəkildiyi “ Terminal” filminin baş qəhrəmanı bir neçə il ərzində hava limanında yaşamaq məcburiyyətində qalmışdı. Filmin rejissoru Stiven Spilperq bu filmi 18 il ərzində Parisin Şarl de Qolun adını daşıyan hava limanında yaşayan insanın xatirəsinə çəkmişdi. Lakin 2022-ci ildə məlum oldu ki, filmin baş qəhrəmanı hava limanında yaşayan yeganə insan olmayıb. Vei Jianguo adlı şəxs 14 ildir ki, Pekin Beynəlxalq Hava Limanında yaşayır. Jianquonun sözlərinə görə, 2008-ci ildə uzun illər ərzində siqaret və spirtli içki içdiyi üçün ona qarşı çıxan həyat yoldaşı ilə mübahisə etdikdən sonra evi tərk edib. Onun ailəsinin şəhərdə yaşadığına baxmayaraq, o nədənsə öz evində yaşamağı yox hava limanında yaşamağı seçdi.
İngiltərədə də oxşar bir hadisə baş vermişdi. Burada maddi çatışmazlıq səbəbindən evlərini itirdikdən sonra yaşlı Katrina Smit və Alan Leyn Dorset adlı yaşlı cütlük Londonun “Heathrow” hava limanına yerləşmişdilər.
Lakin 2015-ci ildə onların acı hekayəsi dünya mətbuatında yayıldıqdan sonra minlərlə insan cütlüyü evlərinə yaşamağa dəvət etmişdi.
Bundan başqa, 28 ildir ailəli olan cütlüyə yardım etmək məqsədilə internet vasitəsilə pul toplamaq kampaniyasına başlayan insanlar kampaniya çərçivəsində 24 saat ərzində minlərlə funt-sterlinq pul göndərərək,onlara yardım etmişdilər.
Gəminin 23 illik “sakini”
Amerikalı Mario Salsedo təqaüdə çıxdıqdan sonra ağlına maraqlı bir fikir gəlir. O, dünya səyahətinə çıxmağa qərar verir.
Keçmiş maliyyəçi 47 yaşında təqaüdə çıxdıqdan sonra kruiz gəmiləri ilə dünyanı dolaşmağa başlayır.
Hal- hazırda Salsedonun 70 yaşı var. Kruiz gəmilərimdə 23 il ərzində yaşan bu insan koronavirus pandemiyası dövrü istisna olmaqla quruda 2 gündən çox qalmayıb. Salsedo əlavə pul qazanmaq üçün gəmidən onlayn işləyir.
Furqonda məskunlaşan biznesmen
Tomasina Pidcon adlı kişi də 25 ildir ki, Kanadada öz furqonunda yaşayır. Onun öz evi olsa da o, mikroavtobusda yaşamanın evdə yaşamaqdan daha rahat olduğunun vurğulayır. Şəxsi biznesi belə sahib olan Pidcon təkərlər üstündə keçirdiyi həyatı çox maraqlı hesab edir.
Ata və oğuı 40 il Vyetnam cəngəlliklərində
1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar.
Düşməndən qorunmaq üçün onlar cəngəllikdə gizlənməyə məcbur olublar. Ata və oğul Vyetnam müharibəsinin hələ də davam etdiyini düşünərək 40 il burada yaşayıblar.
Lanq heç vaxt saat görməyib və elektrik enerjisinin nə olduğunu bilməyib. 10-a kimi saya bilən bu insan yalnız çaya çimməyə gedəndə cəngəllikdən çıxıb. Lanq yarasalarla qidalanıb və “onları zeytun kimi yeyib”. Həyatı boyu cəngəllikdə atasından başqa 5 nəfəri görüb. Onların arasında isə qadın olmayıb.
Lanqın atası bütün ailəsinin öldüyünə əmin olduğundan burda cəngəllikdə yaşamağı seçib. Lakin bir gün digər oğlu Xo Van Çinin sağ qaldığı və uzun illər atası və qardaşını axtardığı ortaya çıxıb.
O, 2013-cü ildə atası və qardaşını Kuanq Nqay əyalətinin Ça Sin yaşayış məskəni yaxınlığındakı meşədə tapıb, onları kəndə qaytarıb.
Lanq burada 8 il yaşayıb. 2015 -ci ildə o zaman kimsəsiz adalara tək səfərlər təşkil edən şirkətdə işləyən tədqiqatçı Alvaro Tserezo ilə tanış olub.
Kişilər dost olublar və bir gün Tserezo Lanqdan bir həftə getdikləri cəngəllikdə necə sağ qalmağı öyrətməsini istəyib.
“Tanış olduğum ən maraqlı və eyni zamanda çox şirin insan idi. Cəngəllikdə birlikdə yaşayanda, mənə saatlar aparan hər şeyi bir neçə saniyələr ərzində edirdi”, – Tserezo vurğulayıb.
Təəssüf ki, Lanq 2021-ci sentyabrın 6-da qaraciyər xərçəngindən vəfat edib.
Məşhur tədqiqatçının fikrincə, sivilizasiyaya qayıtması vyetnamlının cəngəllikdə öyrəşdiyi yaşayış tərzinə mənfi təsir göstərib. 40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb.
İtirdilər və 10 ildən sonra internet kafedə tapdılar
Bəzi kişilər videooyunlar oynamağa o qədər vaxt sərf edirlər ki, yaxınları sanki onların üzünə həsrət qalırlar.Çox qəribə səslənsə də lakin bəzi insanlar ailələrini video oyunları üçün qurban verirlər. Xiao Yunun adlı qızcığaz da belə insanlar sırasına daxildir.
Xiao 14 yaşında olanda evi tərk edir və bir daha geri qayıtmır. 10 il idi ki, itkin düşmüş Xiaonu evindən təxminən 100 mil (161 km) aralıda yerləşən internet kafedə tapdılar. Zombiyə çevrilən bu qızcığaz 10 il ərzində internet kafelərdə və hamamlarda yaşayıb, yaşayışını təmin edən fərqli işlərlə məşğul olub və ya digər oyunçulardan ianələr alıb.
Ömürlərinin 22 ilini kanalizasiyada keçirmiş kolumbiyalı cütlük
Migel və Mariya 20 ildən çox kanalizasiya borusunda birlikdə yaşayıblar. Onların hətta bir iti var idi. Onların yaşadıqları bu borunun uzunluğu 9 fut (2,7 m) və eni 6 fut (1,8 m) idi. Boru o qədər alcaq idi ki, onlar burada dik dura bilmirdilər. Kanalizasiya borusu çarpayısı olan yataq otağı, kiçik mətbəx və hətta Migelin elektrik cərəyanına qoşmağı bacarması sayəsində baxa bildikləri televizorla təchiz olunmuşdu.
Puldan imtina etdi və …
Heidemari Şvermer adlı qadın pullardan imtina edərək fərqli yaşayış tərzini seçib. 21 il ərzində yemək və ya gecələmə müqabilində hər hansı bir işi yerinə yetirən qadın etdiyi işə görə heç vaxt pul almır və yaxud qazandığı pulu ehtiyacı olanlara verirdi.
Qeyd edək ki, Şvermer işini tərk edib pulsuz yaşamanı şeçməməzdən öncə psixoterapevt kimi işləyirdi. 50 yaşında olarkən mənzilini sataraq həmin pulları kimsəsiz insanlara verən qadın özü ilə yalnız bir çemodan götürür. Beləliklə o, 16 il ərzində fərqli yerlərdə yaşayır. 2016-cı ildə Şvermer xərçəng xəstəliyindən vəfat edir. Şvermerin həyat hekayəsi bir çoxlarının marağına səbəb olur və onun həyatı haqqında sənədli film çəkilir.
Samirə Tağıyeva