ailede problem

Qısqanc kişini necə yola gətirməli?

Baxış sayı: 1. 968

Əksər kişilər həddindən artıq qısqanc olmalarına və bunun münasibətlərində tez-tez problem yaratmasına baxmayaraq öz qısaqanclıqlarına “Sevən adam qısqanar” deyimi ilə haqq qazandırırlar. Biz isə bu və buna bənzər bütün deyimləri kənara qoyaraq bu dəfə qısqanclığın hansı çatışmazlıqlardan yarandığını aydınlaşdırmağa çalışacağıq.

Özünə güvən
Kişinin qadından şübhələnməsi, onu izləməsi, hər sözünün altında bir məna axtarması həqiqətən də güvənin olmadığını göstərir. Həm özünə, həm də qadınına qarşı olan güvənsizlik isə tərk edilmək, sevdiyini başqası ilə paylaşmaq qorxusuna çevrilir. Bəzi kişilər sərt reaksiyalarını, kobudluğu, qısqanclığı sahiblənmək kimi qələmə verir lakin, bunun arxasında duran ən başlıca səbəb tərk edilmək qorxusu, özünə inamsızlıqdır.

Qısqanılan qadın nə edir?
Qarşısındakı kişinin qısqanclığından xəbərdar olan qadın belə bir kişi ilə münasibət yaşamağa razıdırsa, zamanla kişi dostları, tanışları ilə daha az görüşməyə, onlarla daha az ünsiyyət qurmağa çalışır. Bu zaman isə qarşısındakı kişidən onun fədəkarlığını anlamasını gözləyir, amma kişi davamlı olaraq qadına qadağalar qoymağa davam edirsə, bu bir müddət sonra təbii olaraq münasibətdə problemlər yaradır.
Kişilər, ola bilsin ki, bu davranışınız sizə adi görünsün. Ətrafınızdakı kişilərin əksər hissəsi belə davrana bilər, amma unutmayın ki, bu cür eqoistcəsinə düşündüyünüz halda münasibətinizin uzun müddət davam etməsi mümkün deyil. Çünki heç bir qadın bu qədər qısqanc və ona etibar etməyən kişi ilə birlikdə yaşamaq istəməz.

Qısqanc insanı necə yola gətirmək olar?
Xanımlar, əgər qarşınızdakı insanın qısqanclığı dözülməz həddə çatıbsa, amma siz onu çox sevdiyinizə görə ayrıla bilməyirsinizsə, bu zaman qarşınızdakı kişiyə onun bu davranışları zamanı özünüzü necə narahat hiss etdiyinizi bildirməyə çalışın. Bununla yanaşı o özünə olan inamsızlığına görə sizi digər insanlarla paylaşmaq istəmirsə, ona özünü önəmli hiss etdirin. Ona nə qədər dəyərli olduğunu hiss etdirdikdə hər şeyin müsbətə doğru dəyişdiyinin şahidi olacaqsız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir