Okeandan milyon dollarlıq xəzinə tapıldı

Baxış sayı: 1. 422

Florida sahillərində xəzinə axtaran bir ailə 300 il əvvəl batmış məşhur “Queens Jewells” adlı gəmidən bir milyon dollar dəyərində ispan qızılı tapıb.

Türkiyənin “www.sabah.com.tr” saytının məlumatına görə, Şmitt ailəsinin apardığı axtarışlar zamanı 51 qızıl sikkə və 12 metrlik qızıl zəncir tapılıb.

Bu, Şmitt ailəsinin üçüncü tapıntısıdır.

ABŞ qanunlarına görə, həmin xəzinənin 20 faizi yerli muzeyə veriləcək, qalan 80 faiz isə Şmitt ailəsi arasında bölünəcək.

Üç əsr əvvəl Havanadan İspaniyaya gedən 11 gəmi Florida sahillərində fırtınaya düşərək batıb. Mindən çox insan dalğalar arasında qərq olub.

Gəmilərdə indiki hesabla 400 milyon dollarlıq xəzinə batdığı bildirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir