962b91af-1bd1-4bb6-96c9-63cda12e83a8

“Qohumların yastığımın altına qoyduğu pulla ilk gitaramı aldım” – GƏNC İFAÇI İLƏ MÜSAHİBƏ

Baxış sayı: 3. 207

“Gencaile.az” olaraq missiyalarımızdan biri də istedadlı gəncləri üzə çıxarmaq, onları geniş ictimaiyyətə tanıtmaqdır. Belə gənclərdən biri – Orxan Kərimlidir. Orxan müsiqiçidir: tərəddüdsüz olaraq fərqli üslubu olduğunu deyə bilərik. Əgər yolunuz, Abşerona, Xırdalana düşsə, axşam saatlarında mütləq Heydər Əliyev parkına baş çəkin, həm gözəl parkla tanış olacaq, həm də Orxanın özünəməxsus stildə ifa etdiyi canlı musiqilərə qulaq asa biləcəksiniz.

Orxanın cəmi 23 yaşı var, planları, arzuları olduqca böyükdür, tanınmaq, böyük sənətçi kimi məşhurlaşmaq və ən əsası isə ölkəmizi dünyada musiqi ilə təmsil etmək arzusundadır.

Onunla musiqiyə marağı, gəlişi, planları barədə söhbətləşmişik:

– İncəsənət ailəmiz üçün yad deyil, qardaşım, atam rəssam, anam müəllimədir. Mən özüm də uşaq vaxtından şəkillər çəkir, şeirlər yazırdım. Lakin əmim idmançı olduğu üçün məni idmana yazdırdı. Elə o vaxtdan idman həyatım başladı. Lakin musiqiyə həvəs uşaq yaşlarımdan var idi. Uşaq vaxtı valideynlərimə nağara aldırmışdım. Mikrafon düzəldib oxuyurduq. Mən illərimi idmana verdim, musiqi həvəsi olsa da, idmana görə musiqiyə vaxt ayıra bilmirdim.

– İdmanın hansı sahəsi ilə məşğul idin?

– Cudo ilə. Peşəkar səviyyədə məşğul idim, hətt yığma komandada çıxış edirdim. Ölkə daxilində müəyyyən nəticələr əldə etmişdim, hətta respublika birincisi də olmuşdum.

– Bəs necə oldu ki, idmandan ayrılıb, musiqi ilə davamlı məşğul olmağa başladın?

– İdmandan tam olaraq ayrılmadım. Məşqçi kimi yenə idmana bağlıyam. Bakı Auitizm yaşam va inkişaf mərkəzində məşqçi işləyirəm.

İdmançı karyerma son qoymağım isə zədə ilə bağlı oldu. Bir gün ciddi zədə aldım və idmandan uzaq düşdüm. Bir neçə müddət ümumiyyətlə məşğul ola bilməzdim. Əməliyyat olunmuşdum. Həmin vaxt yanıma gələn qohumların gətirdiyi pullar yığılmışdı. Mən xahiş etdim ki, o pula mənə gitara alsınlar. Xahişi yerinə yetirdilər, gitara alındı və mən böyük həvəslə öyrənməyə başladım, məşqlərə saatlarımı sərf edirdim, ifaçı dostlar tapırdım, onlardan yeni şeylər öyrənirdim, internet vasitəsiylə də məşqlər edirdim və s. Bu həvəslə artıq anladım ki, mən gitaranı maraq üçün yox, bir sənət kimi öyrənməliyəm. Qrup yaratmaq qərarına gəldik və musiqiyə həvəsi olan bir neçə gənclər birgə bir qrup yaratdıq. Həmin qrupla tədbirlərə, hazırlaşırdıq – məqsədimiz isə tanınmaq, inkişaf etmək idi. Mən qrupda gitarist, bekvokal idim. Vokalist kimi özümə güvənim yox idi. İllər keçdi, biz həmin qrupla, deyərdim ki, müəyyən qədər təcrübə qazanmış olduq. Qrupumuz Binəqədidə açıq hava konsertlərinə dəvət alırdı və çoxsaylı izləyicilərə canlı konsert verirdik. Sonra yarışmaya çıxdıq və “Good Talent” yarışmasında 2-ci tura keçdik.1e01d3f4-c7ff-4173-a19b-6ca3b6bd6bc3

– Sonra bütün qruplar kimi bu qrup da dağıldı?

– Qrup daxilində heç bir problem yox idi. Sadəcə, biz birlikdə edə biləcəyimizi etdik, daha sonra hər kəs solo karyeraya qərar verdi. Mən də öz solo karyerama başlamaq üçün vokal dərslərinə getdim, artıq yeni mahnılar bəstələyirdim. Vokal müəlliməm Milli konservatoriyadan Gülşən İbadova oldu. Mahnı bəstələmək, sözlər yazmaq mənə artıq daha rahat gəlirdi. Artıq solo ifaçı olaraq bir neçə məkanlarda, restoranlarda, tədbirlərdə çıxış edirdim, yetəri qədər özümə inam yaranmışdı və izləyicilər də artırdı. Artıq öz mahnım, öz klipim olmalı idi. Və bu məqsədi qarşıma qoydum ötən yay “Qırsaqqız” adlı (sözləri və musiqisi mənə aiddir) mahnım işıq üzü gördü və böyük rəğbət qazandı.2bdf266b-da6a-4241-86ec-9076b79edb05

– Musiqi idealın varmı?

– Əsasən gitaraya məndə maraq oyatmış “Gipsy Kings” qrupunu izləyir, çox bəyənirəm.

– Sənətdəki əsas hədəfin nədir?

– Öz tərzimi yaratmaq istərdim. İstərdim ifalarım seçilsin. Sənətdə öz yolum olsun. Ən böyük hədəfim isə ölkəmizi düynada təmsil etməkdir. Böyük arzularımdan biridir ki, Baku Jazz centerdə öz akustik ansamblımla konsert verim.

– Yaradıcı adam üçün ilham mənbəyi vacibdir. Sənin ilham mənbəyin nədir və ya kimdir?

– (Gülür) İlham mənbəyi demək olar ki, ən çox sevgidən yaranır. Məncə, insan sevməsə, yaşaya bilməz.

 

Söhbətləşdi: Vüsal

Sözləri və musiqisi Orxan Kərimliyə aid olan “Qırsaqqız” mahnısı:

94192b12-7db4-4d79-8a2f-c2a40e9fbe613a9e828a-b39a-4971-b831-29703dfa83b40a754345-4f20-4030-840d-af32dfd4f955f177e26f-1147-469b-82e4-798ca7d2d9f8




1 şərh ““Qohumların yastığımın altına qoyduğu pulla ilk gitaramı aldım” – GƏNC İFAÇI İLƏ MÜSAHİBƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir