USAQ

Məktəbli uşaqlar necə qidalanmalıdır? – VALİDEYNLƏRƏ TÖVSİYƏ

Baxış sayı: 2. 297

Bir məktəbli gün ərzində nə qədər tərəvəz yeməlidir? Hansı sıyığı hazırlamaq daha yaxşı olardı? Yeniyetməyə təzə sıxılmış meyvə şirəsi vermək lazımdırmı?

Şam yeməyi çox doyumlu olmuşsa, səhərlər həm böyüklərdə, həm də uşaqlarda iştahasızlıq müşahidə olunur.  Axşamlar uşaqlar çox vaxt hiylə işlədərək ac olduqlarını desələr də, əslində bu, filmə baxmaq və ya bir qədər də oynamaq üçün valideyndən icazə almaq məqsədi daşıyır. Belə bir meyl müşahidə etdikdə, övladınızın dediyi ilə getməyin. Bu zaman o, səhər yeməyini məmnuniyyətlə yeyəcək.

İkinci variant – övladınız səhərlər yemək istəmir, çünki yuxudan gec oyanır. Oyandıqdan dərhal sonra uşağı yemək masasının arxasına əyləşdirsəniz, çətin ki, o, yemək yesin: axı orqanizm hələ tamamilə oyanmayıb. Odur ki, sadə bir qaydaya riayət etməyiniz məsləhətdir. Uşağınızı 15 dəqiqə tez oyadın və dərhal bir qaşıq bal və bir neçə damcı limon şirəsi qarışdırılmış bir stəkan ilıq su içirdin.  Bu, uşağın tonusunu qaldıracaq, o, daha tez oyanacaq və özünü daha enerjili hiss edəcək.  Bundan başqa, bu içki mədə-bağırsaq traktının işini canlandırır. 15-20 dəqiqədən sonra uşağın iştahası artacaq. Məhz bu vaxta da onu masa arxasına dəvət etmək lazımdır. Əksər valideynlər çox yayılmış səhvə yol verir: uşağa “qayğı” göstərərək, onun qarşısına böyük nimçədə müxtəlif yemək qoyur.  Bu halda da məktəbli yeməkdən imtina edə bilər, çünki o, bütün yeməyi axıra qədər yemək lazım olduğunu düşünür. Daha yaxşı olardı ki, onun qarşısına 2-3 xörək qaşığı sıyıq qoyasınız. Səhər çağı enerji almaq üçün bu, kifayətdir. Sonradan isə, uşaq istəsə, əlavə etmək olar.

Düzgün qidalanma ideyasına mübtəla olmuş valideynlər arasında uşağa səhərlər təzə sıxılmış meyvə şirəsi vermək çox dəbdədir. Lakin bu, tamamilə düzgün deyil. Yüz faizli meyvə şirəsi – mədə üçün aqressiv mühitdir. Təzə yuxudan oyanmış və hələ heç bir şey yeməmiş uşağa bu şirəni verməklə qastrit törətmək olar. Şirəni nahar vaxtı içmək daha faydalı olar. Tox mədə üçün belə vita- minli əlavə çox faydalıdır.

Məktəbli uşağın səhərlər şirədən vitamin almasını istəyirsinizsə, iki sadə qaydanı unutmayın. Əvvəla, şirə təmiz meyvəli deyil, meyvə-tərəvəzli olmalıdır. Bir alma, 100 qram kələm və bir orta ölçülü yerkökünü şirə çəkəndən keçirmək həm dadlı, həm faydalı olar. Alınmış kokteyldə kələmin dadı hiss olunmayacaq, lakin onun şirəsi həzm prosesini aktivləşdirəcək.

İkincisi isə, təzə sıxılmış şirəni mütləq su ilə qarışdırmaq (bir hissə şirəyə üç hissə su əlavə etmək şərti ilə) lazımdır. Bu, içkinin turşuluğunu azalt- maqla mədəni qoruyacaq.

Bir çox valideynlər səhər yeməyi kimi uşaqlara buterbrod və çay verir. Xüsusən, ağ çörək əsasında hazırlanmış buterbrod səhər yeməyi üçün yaxşı variant deyil. Bulkanın tərkibində çoxlu miqdarda yüksək qlikemik indeksə malik olan  “sadə” karbohidratlar mövcuddur. Bu isə o deməkdir ki, onu yedikdən sonra uşağın qanında şəkər səviyyəsi kəskin sürətdə artır. Övladınız dərhal enerji yüksəlişini hiss edəcəksiniz, lakin bu, qısa müddət davam edəcək. Tez bir zamanda şəkərin səviyyəsi yenidən enir və uşaq süstləşir. Bu səbəbdən də, birin- ci dərslərdə “yatır “. Məktəbli uşağa səhər yeməyinə yulaf, qarabaşaq, düyü sıyığı vermək daha münasib olardı. Onların tərkibində asta mənimsənilən karbo- hidratlar mövcuddur. Onlar enerjini tez bir zamanda verməsə də, uzun müddətə kifayət edir. Bundan başqa, yarmaların tərkibində B qrup vitaminləri mövcuddur. Onlar iş qabiliyyətinə  cavabdeh olaraq, uşağı əsəb gərginliyinə qarşı daha davamlı edir.

Sıyığa qaysı qurusu, bir cüt qoz və ya badam, sürtkəcdən keçirilmiş alma və ya istənilən giləmeyvə əlavə edə bilərsiniz. 5-10 qramdan artıq olmamaq şərti ilə kərə yağı da əlavə etmək olar.

Əvvəllər hesab olunurdu ki, uşaq şorba yemirsə, mütləq qastrit qazanacaq. Yaxın zaman- larda bu faktın tamamilə əlaqəsiz olduğu  aşkar olunmuşdur. Odur ki,  uşağa şorba verib-verməmək şəxsi işinizdir. Uşağınız belə qidalanmağa vərdiş etmişdirsə və bu, ona xoşdursa, duru yeməkdən imtina etməyə bir səbəb yoxdur.

Bulyon haqqında isə bunu demək olmaz. İştahı gözəl stimulyasiya etdiyindən, onu uşağa vermək məsləhətdir.  Bulyonun  tərkibində ətdən alınmış zülallı ekstraktiv maddələr mövcuddur. Onlar mədənin turşuluğunu artırır və məktəbli ikinci yeməyi daha yaxşı yeyir. Bir fincan bulyon kifayət edər.

İdmanla məşğul olan bütün uşaqlar üçün quru meyvələr, qoz yemək faydalıdır. Onlar iş qabiliyyətini artırır və dərsləri daha yaxşı mənimsəməkdə kömək edir. Onlara, cod undan hazırlanmış çörək və sobada bişmiş hinduşka əti, mal əti və ya pendir, salat yarpağı və doğranmış xiyardan  ibarət buterbrod verin.

Məşqlərə bir şüşə su götürmək mütləqdir. Uşaqlara çay və ya şirə versəniz belə, sudan imtina etmək olmaz, çünki o, susuzluğu daha yaxşı yatırır. Məktəbə getməzdən əvvəl oğlunuza nəm salfet verin: təəssüf ki, oğlanlar yeməkdən əvvəl əllərini yumağı çox zaman unudur.

Uşaqların qidalanması hər gün çəkdikləri fiziki yükdən də asılıdır. Əlbəttə ki, futbol oynayan uşaq molbert arxasında sakitcə oturan uşağa nisbətən daha çox enerji sərf edir. Odur ki, onun karbohi- dratlar ilə zəngin olan ərzaqlara ehtiyacı çoxdur. Müvafiq olaraq, ona daha çox quru meyvə və qoz vermək lazımdır. Çantasına qara şokolad da qoymaq olar – o, məşqlərdən sonra qüvvəni bərpa etməyə kömək edəcək.  Rəssam-oğlunuza isə daha çox zülallı qida (ət və ya pendirli) verin.

Meyvə və tərəvəz həm  uşaqlar, həm də böyüklər üçün çox faydalıdır. Lakin burada diqqət tələb edən bir neçə məqam var.

İlk növbədə, meyvə və tərəvəzi uşaqlara nahar vaxtı vermək yaxşıdır. Şam yeməyində bunu etməyə dəyməz. Məlumdur ki, bitki mənşəli qidanın tərkibində çoxlu miqdarda uzun müddət həzm olunan sellüloz var. Axşam vaxtı uşağa çoxlu meyvə və ya tərəvəz verilərsə, o, yuxuya getməyə çətinlik çəkəcək. İkincisi isə, bütün tərəvəzlərin yalnız yarısını uşağa təzə, salat şəklində vermək, qalanını isə pörtlədərək qarnir kimi vermək lazımdır. Çünki balaca mədə üçün böyük həcmdə sellülozu həzm etmək çox ağırdır.  İsti emaldan keçmiş tərəvəzlər isə bu vəzifəni asanlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir