– Bir neçə gün idi ki, Bakıda idiniz. Nə təəssüratlarla ayrıldınız paytaxtımızdan?

– Hər zamankı kimi, mükəmməl! Olduqca xoş hisslərlə ayrıldım Bakıdan! Bu dəfəki səfərim mənə çox fərqli təcrübələr yaşatdı: İslam oyunlarının bağlanış mərasiminə qatıldım, Qərb Universitetinin müəllimləri ilə birlikdə tədrisin keyfiyyətinin yüksəldilməsi mövzusunda işlədik, gənc abituriyentlərlə görüşdüm, Qərb Universiteti tələbələrinin hazırladıqları təqdimatlarda iştirak etdim və Universitet tərəfindən təşkil olunmuş, mühüm əhəmiyyət kəsb edən beynəxalq konfransa qatıldım. Bu konfrans olduqca vacib qlobal və regional problemlərin müzakirəsi üçün yaxşı platforma idi, dünyanın müxtəlif ölkələrindən gəlmiş elmi tədqiqatçılarla birgə çox əhəmiyyətli müzakirələr, fikir mübadiləsi apardıq.

Və bütün bu intensiv fəaliyyətlər möhtəşəm Azərbaycanən, azərbaycanlıların qonaqpərvərliyi və çox dadlı yeməklər ilə müşayət olundu.

– Səhv etmirəmsə, Siz Bakıya bundan öncə də dəfələrlə gəlmisiniz. İlk səfərinizdən indiyədək Bakıda nə kimi dəyişikliklər hiss edirsiniz?

– O! Çox gözəl sualdır. Heç bilmirəm haradan başlayım. Azərbaycana ilk dəfə 24 il əvvəl gəlmişəm – indiki gənc nəsil hələ dünyaya gəlməmişdi. Bu, daha çox onların valideynlərinin dövrü idi. Əksər dükanların adları rus dilində idi, ən adi tələbat mallarını almaqda çətinlik çəkirdik. Çətin zamanlar idi. Mobil telefonun hələ mövcud olmadığı dövr idi. Saysız –hesabsız göydələnlərin olmadığı dövr idi, Zənnimcə, köhnə Bakının özünəməxsusluqlarından biri bu idi. Şəhərin mərkəzi küçələri, ümumilikdə şəhərin mənzərəsi çox fərqli idi. İndi isə şəhər çox dəyişib, inkişaf edib, müasir infrastruktur qurulub, vaxtilə müxtəlif xırdavat mallarının satıldığı ərazilərdə lüks dükanlar yerləşir. Şəhərin xüsusilə mərkəz hissəsi, deməliyəm ki, çox bahalıdır. Amma ən əsas faktor dəyişilməz olaraq qalıb -Azərbaycan qonaqpərvərliyi və mehribanlığı. İlk gəlişimdə məni qarşılayan insanlar, indi də eyni səmimiyyətlə qarşılayırlar. Qonaq gələn professor üçün bundan gözəl nə ola bilər?

_NSA1027

– Qərb Universiteti ilə əməkdaşlığınız nədən ibarətdir?

– Azərbaycanın hal-hazırda yüksək rəqabət şəraitində dünya iqtisadiyyatında uğurla iştirakını nəzərə alsaq, Qərb Universiteti daxil olmaqla, bütün ali məktəb ocaqlarının öz tələbələrini ölkəniən yüksək səviyyədə təmsil edə biləcək şəkildə hazırlaması vacibdir.

Böyük Britaniyanın ən yaxşıtəhsil ocaqlarından, biznes məktəblərindən birində uzun illər çalışdığımı nəzərə alaraq Qərb Universiteti öz beynəlxalq təcrübələrimi və biliklərimi universitetin müəllimləri və tələbələrilə paylaşmağım üçün vaxtaşırı məni ölkəyə dəvət edir. Bu əməkdaşlıq sayəsində Qərb Universitetinin müəllimləri və tələbələri tədris və təhsillə bağlı fərqli aspektlərlə tanış ola bilirlər. Təəccüblü deyil ki, universitet gələcəkdə ölkəni beynəlxalq səviyyədə təmsil edə biləcək tələbələri hazırlamaq üzrə ən yaxşılardan sayılır.

– Belə görünür ki, Qərb Universiteti sizin üçün artıq doğma bir yerdir…

– Bəli, bu həqiqətən belədir və bu, sadəcə mənimçün yox, universitetin bütün müəllimləri, tələbələri, administrativ işçiləri üçün də belədir. Hər kəs özünü universitetdə bir ailənin, komandanın üzvü kimi hiss edir. Komanda sözü ingilis dilində “team”-dir və mən bu sözə belə bir izah verməyi xoşlayıram: T-together-birlikdə, E-everyone-hər kəs, A-achieves-nail olur, M-more-daha çoxuna – “Hər kəs birlikdə olduqda, işlədikdə daha çoxuna nail olur”.
Burda hər kəs keyfiyyətli təhsil, ardıcıl və böyük nailiyyətlər üçün birgə səylə işləyir. Qazanılan uğurlar da bu səylərin nəticəsidir.

18766790_1358347770879260_2729405556072522833_o

– Sizin təlimlərdən birində iştirak etdik. Olduqca enerjili görünürsünüz. Bu yaşda bu qədər enerji hardandır?

– Düşünürəm ki, tələbələrindən enerji ala bilməyən müəllim, dərs keçməsə, daha yaxşı olur. Müəllim tələbə üçün stimul olduğu kimi, tələbə də müəllim üçün stimul olmalıdır. Budur mənim enerji mənbəyim.

Tural Məmmədov