Susen Seferli

Cinsi kimlik nədir? – PSİXOLOQ YAZIR

Baxış sayı: 497

Cinsi kimlik – uşağın özünün qız və ya oğlan olmasının fərqinə varması, öz bədəni və mənliyini kəşf etməsidir. Bu zaman həmin şəxs özünü daha güvənli və rahat hiss ediir. Cinsi kimliyin inkişafı şəxsin özünü qadın və ya kişi kimi tanımasıdır. Hələ 2-3 yaşlarından etibarən hamının özü haqqında “ mən qızam” və ya “mən oğlanam” formasında bir qavrayışı olur.

 

Yeniyetmələrdə cinsi kimlik pozuntusu nədir?

Cinsiyyət rolları isə ümumi cəmiyyətin cinsi qavrayışının bir parçasıdır. Şəxsin özünü bir “ oğlan”,”qız” rolunda göstərmək üçün elədiyi və dediyi şeylərin hamısı bu rolu necə qavramasına aiddir.

Cinsiyyət rolları sosiallaşma müddəti ilə ailə, çevrə, mediya və.s sahələrdən gələn mesajlar ilə formalaşır və daxilə hopur. Cinsi rol davranışının da  testestron və estrogenə məruz qalmaqla bağlı olduğu bilinməkdədir. Cinsi kimlik, şəxsin öz kimliyini necə görüb qavramasından da çox asılıdır. Şəxs özünü anadan olandan mövcud olan cinsi ilə qavraya biləcəyi kimi fərqli formalarda da qavraya bilər. Misal üçün, bir şəxs qadın, kişi, ikisinin qarışımı ya da heç biri olaraq görə bilər. Cinsi kimlik bioloji kimlikdən fərqlidir.Cinsiyyət bir insanın doğuşdan gələn və gen ötürülməsi yolu ilə qazandığı cinsi çoxalmağa yönəlik bir xüsusiyyətlərin cəmidir.

usaqlar

Cinsi meyl

Cinsi meyl həmin şəxsin daha çox hansı cinsə meylinin olması ilə əlaqəlidir. Cinsi kimliklə fərqli anlayışlardır. Cinsi yönəlim isə romantik olaraq çəkim hiss etdiyi şəxsə qarşı yönəlmiş olur.

Cinsiyyət rolları, bir qadına və ya bir kişiyə sadəcə içində olduğu bioloji cinsiyyət qrupundan dolayı mövcud özəlliklərdir. Bunun sonunda bir çox insan cinsi kimliyini və cinsi yönəlimini gizlətmək məcburiyyətində qalır. Şəxsiyyətin inkişafında və formalaşmasında rol oynayan ünsürlər həmçinin cinsiyyəyin formalaşmasında və qadın kişi özəlliklərinin qazanılmasında da təsirlidir. Hər şeydən əvvəl oğlan və qız uşaqları bədən formasına, cinsi hormonlara görə bir birindən fərqlənirlər. Bir uşağın qız və ya oğlan kimi doğulması cinsi kimliyini qazanması üçün ilk addımdır,amma yetərli deyil.Bunun üçün cinsiyyətə aid rolların mənimsənilməsi lazımdır. Cinsiyyətə aid rolların mənimsənilməsində ən önəmli faktor həm də identifikasiya hadisəsidir. Burada ən böyük rolu isə ailə oynayır. Uşaq da qız və oğlan rollarını valideynlərinəoxşamaq üçün mənimsəyir. Uşaqlar şüursuz olaraq valideynlərinin bir çox xususiyyətlərini öyrənir,yeniləyir və şəxsiyyət formalaşır. Qız uşaqları anaları ilə, oğlan uşaqları ataları ilə yaxın və güvənli münasibət qurarsa identifikasiya o qədər daha asan olur. Uşaq həmçinin sosial aləmdən öz cinsiyyətinə uyğun olaraq eşitdiyi təriflərə uyğun olaraq da cinsi kimliyini formalaşdırır. İdentifikasiya zamanı şəxsin içində olduğu qrupun bir şəxsinin hiss, düşüncə və davranışlarını izləməsi,onu təqlid etməsi, özünə model almasıdır. Hər bir şəxs hələ asılı bir varlıq olaraq tanıdığı dövrdən mənliyi üçün bir model axtarır. İlk model olaraq qavradığı şəxslər isə valideynləri olur. Qızlar anası kimi bəzənməyə,oğlanlar isə atasına oxşamağa çalışırlar. Valideynlər də hələ kiçik yaşlarından uşağın cinsinə uyğun olaraq onu sərhədləyib müxtəlif davranışlar sərgiləyirlər. Misal olaraq qızlara gəlincik,oğlanlara maşın kimi oyuncaqlar alınır. Qız uşaqlarına daha çox zəriflik, gözəllik, oğlan uşaqlarîna isə güclü olmaq, aktivlik öyrədilir və elə yanaşılır. Uşaqlar da əvvəlcə saç və geyimlərinə, daha sonra isə cinsi orqanlarının fərqliliyinə görə fərqli olduqlarını kəşf edirlər. Cinsi rolu mənimsəmədə oynadığı oyunlar,bu oyundaki rolları, qulaq asdığı hekayələr, baxdığı filmlər cinsi kimliyini tanımağakömək olur.

Oglan uşaqlarınıza ev təmizləməyi, paltar asmağı, çiçək sulamağı, otağını yığışdırmağı, yemək bisirməyi, üzr istəməyi və könül almağı öyrədin. Qız uşaqlarına isə güclü olmağı, özünü ifadə etməsini, sərbəst alış-veriş etməsini öyrədin. Yəni oğlan uşaqlarına yuxarıda sadaladıqlarımı öyrətməyiniz cinsi kimliyini səhv anlaması demək deyil. Öz məsuliyyətini qarşı cinsi zəif olaraq vurğulamaması deməkdir. Qadın isə daim  “yemək bişirməlidir” düşüncəsi formalaşmasın deyə yuxarıda qeyd olunan və ona bənzər davranışları formalaşdırmaq lazımdır.

 

Psixoloq Süsən Səfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir