“Qripin çarəsi yatıb dincəlməkdir”, – desələr də qripdən bir gün içində qurtulmaq mümkündür. Fəsil dəyişikliyinin ən yoluxucu nasazlığı olan qripdən qısa müddətdə sağalmaq üçün”Gencaile.az” Aile.lent.az-a istinadən təqdim etdiyi bu məsləhətlərinə əməl edin.
– Qripdən qurtulmaq üçün çoxlu sarımsaq yeyin.
– Əgər evdə qrip virusunun digər ailə üzvlərinə yoluxmasını istəmirsinizsə, evin bir küncünə soyulmuş sarımsaq qoyun.
– Təbii yolla tərləmək qısa müddətdə sağalmanıza yardım edəcək. Buna görə bol şorba, adaçayı, quşburnu, limonlu çay için.
– C vitamini bədənin immunitetini artırdığı üçün bol qreypfrut, portağal, naringi, ərik kimi təzə sıxılmış meyvə suları için.
– Banan yeyin, ya da qaynadıb suyunu için.
– Duzlu su ilə tez-tez qarqara edib tıxanma və ağrını azalda bilərsiz.
– Qrip ikən maye qəbulunu artırın.
– İçdiyiniz hər suyun içinə limon sıxmaq viruslardan qurtulmanızı təmin edəcək.
– Lavanda çiçəyini qaynadıb süzərək, çay kimi için.