Məhəmməd adlı şəxslərin iş tapması daha çətindir

Baxış sayı: 1. 378
Fransada adı Məhəmməd olan şəxslərin iş tapmasının digərlərinə nisbətən 4 qat çətin olduğu açıqlanıb.
“Gencaile.az” xəbər verir ki, Fransada Monten İnstitutu “iş yerində dini ayrıseçkilik” adlı araşdırmanın nəticələrini yayımlayıb.
Fransada ilk dəfə olaraq reallaşdırılan bu araşdırmada İslam, Xristianlıq və Yahudilik dinlərinə mənsub olanlar diqqətə alınıb.
Araşdırmanın nəticələri isə Fransada müsəlmanların iş tapmasının digərlərinə görə necə çətin olduğunu ortaya çıxarıb. Fransada müsəlmanın dindar bir katolikə nisbətən iş tapmaq şansının iki qat daha az olduğu bildirilib. Yahudilərin də həmin ayrıseçkiliyin qurbanı olduqları açıqlanıb.
Sənədə əsasən iş üçün müraciət edən katoliklərin 20 faizinə müsbət cavab verilir. İşə qəbul edilən yəhudilər isə 15 faizdir. Eyni şəraitdə olan müsəlmanların isə işə qəbul olunması halları 10 faizdir.
Monten İnstitutu həm də bildirib ki, Amerikada müsəlmanlara qarşı olunan ayrıseçkilik heç qara dərililərə qarşı da olunmur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir