yemeye ne var

“Quş südü” kotleti necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 617

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə təqdim edəcəyimiz toyuq ətinin qiyməsi və xamalı içliklə hazırlanan çox dadlı və ətirli, zərif “Quş südü kotleti həm uşaqların, həm də böyüklərin çox xoşuna gələcək.

 

Tərkibi:

500 qr toyuq ətinin qiyməsi

100 ml süd

3 diş sarımsaq

100 qr bulka (çörək)

duz

istiot

qızartmaq üçün bitki yağı

İçlik üçün:

2 ədəd yumurta

100 qr pendir

2 xörək qaşığı kərə yağı

cəfəri

şüyüd

Klyar üçün:

2 ədəd yumurta

3-4 xörək qaşığı xama və ya mayonez

1/2 çay qaşığı qabartma tozu

un

duz

istiot

qus sudu kotileti

Hazırlanma qaydası:

İlk öncə bulkanı (çörəyi) süddə isladın. Ətçəkən maşından soğan və süddə isladılmış çörək (südlə birlikdə) keçirin. Toyuq ətinin qiyməsini bir qaba tökün. Üzərinə çəkilmiş çörək və soğan əlavə edin. Əzilmiş sarımsaq, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

İçlik üçün yumurtaları suda bişirin. Bişmiş yumurtaları, pendiri və kərə yağını rəndədən keçirin. Xırda doğranmış göyərti əlavə edib qarışdırın.

Qiyməli qarışıqdan bir qədər ovucunuza götürüb yayın. Orta hissəsinə içlikdən qoyub büküb kotlet forması verin.

Klyar üçün yumurta, xama, qabartma tozu, un, duz və istiotu bir qaba töküb qarışdırın. Kotleti klyara iki tərəfli bulayın. Kotletləri bol yağda qızardın.

“Quş südü” kotleti hazırdır. İstədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir