zumrud H

Partnyorumu xoşbəxt etmək üçün nələr edə bilərəm? – “SEANS VAXTI”

Baxış sayı: 537

Xoşbəxtolmaq- deməkolar ki hər birimizin axtardığıdır. Bunu istər ailədə, istər dostlarla, istərsə də özümüzlə vaxt keçirdiyimiz zaman da xoşbəxtlik axtarışındayıq.

Küçələrdə olan insanlara, “Xoşbəxtliknədir?” sualınıversək, şübhəsiz ki hər biri fərqli cavablar verəcəkdir. Çünki hər kəsin xoşbəxtlik anlayışı fərqlidir. Kimisi üçün sakit bir ailədə olmaqdırsa,  kimisi üçün müvəffəqiyyətlər dolu həyat xoşbəxtlik deməkdir.

Qarşı cinslə olan münasibətdə xoşbəxtlik anlayışına bir qədər çərçivə çəkmək lazımdır. Necə olur ki, biz münasibətimizdə xoşbəxt ola bilmirik və ilk günlərdəki kimi sevgi dolu hiss etmirik, amma elə cütlüklər vardır ki, ilk günlərdə necə həyəcan dolu idilərsə, davamlı olaraq belə də qalır. Bəzilərimiz düşünə bilərik ki, bu şansla bağlı məsələdir. Lakin mən belə düşünmürəm, çünki bəzi önəmli məsələlər vardır ki, onlara diqqət etmək gərəkdir. Gəlin onlara nəzər edək;

1) Ona komplimentlər edin.

Diqqət etmək, qayğı göstərmək yalnız qadınlara olmalıdır fikrindədir cəmiyyətimiz. Lakin bu yanlış yanaşmadır. Qadınlar qədər kişilərə də komplimentlər etmək onlar üçün də xoş bir addımdır. “Hər zaman olduğu kimi çox yaraşıqlı görünürsən ‘ “Necə gözəl ətir vurmusan” kimi cümlələr partnyorunuzun xoşunə gələr

2) Özünə zaman ayırmasını dəstəkləyin.

Xoşbəxt münasibətin sirrlərindən biri də münasibət daxilində hər iki tərəfin özünə aid zaman ayıra bilməsidir

Çox təəsüf olsun ki, münasibətdə buna ehtiyac duya bildiyimiz halda bunu ifadə etməkdən qorxarıq. Nəticədə münasibət getdikcə solmağa başlayır. İlk baxışdan fərqli və çətin görünsə də, özünüz və partnyorunuz üçün ayrı zamanlarınız olmalıdır.

3) Onunla birlikdə olduğunuz zaman telefondan uzaq dayanın.

Müasir dövrdə demək olar ki artıq ayrılmaz hissəmizə çevrilib, telefon. Amma partnyorunuzla görüşdüyünüz zaman telefona deyil, ona baxmağınız və göz təması qurmağınız gərəkdir

Üstəlik, keçirəcəyiniz zaman az vaxtdadırsa, o zaman buna diqqət etməlisiniz. Çoxvacib olmadığı təqdirdə telefon kənarda qala bilər, hər şey gözləyə bilər.

4) Özünüzəbirşey aldığınızda ona da birşeyler alın.

Münasibətdə incəliklə düşünmək çox önəmlidir. Sadəcə xüsusi günlərdə deyil, adi günlərdə də bir şeylər ala bilərsiniz

Üstəlik, bu çox bahalı bir şey də olmaya bilər. Özünüzə alış-veriş etdiyinizdə onu da unutmayın. Aldığınız hər hansı şey ona Sizi xatırladacaqdır.

5) Gözlərinə baxın və onu sevdiyinizi ifadə edin.

Sevildiyini hiss etmək, münasibəti daha da möhkəmləmdirir

İçinizdən gəldiyi halda o anda partnyorunuza sevdiyinizi ifadə etməkdən çəkinməyin.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir