yemeye ne var

“Quzu” salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 796

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə “Quzu” salatının hazırlanmasından bəhs edəcəyik.

 

Lazım olan ərzaqlar

500 q toyuq əti

1 ədəd qarğıdalı konservi

1 ədəd ananas

100 q mayonez

duz

qara istiot

100 q bərk pendir

10 q pomidor

10 q yerkökü

0,50 dəstə şüyüd

1 ədəd qara istiot dənəsi

1 ədəd reyhan budağı

quzu salati

Hazırlanma qaydası

Ananasın və qarğıdalının ayrılıqda suyunu süzün (təxminən 20 dəqiqə süzgəcdə qalsın). Bəzək üçün olan ərzağı yaxşıca yuyun. Kağız dəsmalın üzərinə yığın. Toyuq ətini duzlu suda bişirin. Toyuq əti və ananası kubik doğrayın.  Dərin bir qabda toyuq əti, qarğıdalı, ananas və mayonezi qarışdırın. Duz-istiot vurun. Salat qabına quzu formasında döşəyin – iki oval: biri balaca (“baş”), digəri böyük (“bədən”).Pendiri sürtgəcin xırda gözündən keçirin. Bu, quzunun “yun”u olacaq. Pendirdən “ayaq” və “quyruq” kəsin. Yerkökü və pomidorun bərk hissəsindən çiçəklər kəsin. Reyhan budaqları da çiçəklərin saplağı olsun. Şüyüd – quzu üçün ot olsun. İstiot dənəsini quzunun gözü hesab edək

Nuş olsun!

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir