qisqancliq

Ailələri zərbə altında qoyan qısqanclıq: necə davranmalı?

Baxış sayı: 589

Qısqanclıq insan üçün xarakterik olan mənfi xüsusiyyətlərin başında gəlir. Bu cür hallar bəzən boşanmaya, hətta ağır cinayətlərin törədilməsinə səbəb ola bilir. Vəziyyətdən çıxış yolu nədir? İnsanlar bu cür hallarla qarşılaşanda necə davranmalıdırlar?

Psixoloq Qənirə Əliyeva bildirir ki, qısqanclıq normada olmayanda xəstəliyə çevrilir: “Qısqanclıq bütün canlılara xas olan xüsusiyətdir. Kişi cinsində, təbiətdə isə erkəklərdə bu özünü daha qabarıq büruzə verir. Qısqanclıq bütün hisslər kimi norma daxilində olmalıdır. Bu normanı kişi və qadının öz beyni qarşı cinsə verdiyi narahatlıqlardan hiss edib tənzimləməlidir. Qısqanclıq hissi sahiblənmək və sevdiyini itirmək qorxusundan yaranır. Bunun sosial statusla, kişi və qadın olmaqla heç bir əlaqəsi yoxdur. Bu hiss uşaqlarda da var. Qardaşı dogulduqda balaca qız  ata-anasını ona qısqanır, bağçaya gedir, əgər yanında oturan balaca hörüklü sarı qıza başqa oğlan uşağı oyuncaq verirsə, qışqırır və qızı qorumağa çalışır. Yəni, sevən hər kəs sahiblənir və itirməkdən qorxur. Kim desə ki, mən qısqanmıram, ya o səmimi deyil, ya da sevmir. Qısqanclıq normal dərəcəsində olduqda xəstəlik sayılmır, normanı qarşı cinsin dözüm dərəcəsi ilə müəyyən etməlisən ki, xəstəlik vəziyyətinə keçib qarşı cinsi səndən iyrəndirməsin. Normanı keçən bütün hisslər xəstəlikdir və münasibət qurduğu insanlara əziyyət verir. Hətta həyatını cəhənnəmə çevirir”.

qisqancliq

Psixoloq deyir ki, əgər kişi hiss edirsə ki, qadın onu kiməsə qisqanır, onunla söhbət etməli, buna əsas olub-olmadığını aydınlaşdırmalıdır: “Qadın da analoji qaydada davranmalıdır. Hiss etsə ki, həyat yoldaşı onu hansısa kişiyə qısqanır, həmin aadmla arada məsafə saxlamalıdır.

Təbii ki qarşlıqlı dialoq və məsələnin həlli normal insanlarda alınır. Xroniki qısqanclıqdan əziyyət cəkənlərdə isə problem həll etmək mümkün olmur. Bəzən cinayət qaçılmaz olur. Belə insanlar psixoloqa və psixiatra muraciət etməlidirlər. Bunu özləri etməsə də, ailə üzvləri, qohumları etməlidirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir