Şəkərli diabetin erkən mərhələsində bir insan daimi susuzluq hiss edə bilər, bədən qanda miqyasdan çıxan şəkəri “seyreltməyə” çalışır. Qəfil görmə problemləri də yüksək qlükoza səviyyəsini göstərir.
İnsanların tez-tez diqqət etmədiyi diabetin inkişafının təhlükəli əlamətlərini diyetoloq Yelena Solomatina “Moskva 24”-ə müsahibəsində sadalayıb.
“Qan şəkəri ölçüdən düşdükdə qan damarları, xüsusən də gözlərdə yerləşən kiçik damarlar çox əziyyət çəkir. Diabetik retinopatiya var (torlu qişanın damarlarında patoloji dəyişiklikləri). Görmə pisləşə, bəzən hətta korluğa çevrilə bilər”, – diyetoloq qeyd edib.
Onun sözlərinə görə, şəkərli diabet zamanı dəri həddindən artıq quruyur, bədən qoxusu dəyişir, göbələk infeksiyaları insanı tez-tez narahat edir, bədəndəki kiçik yaralar belə uzun müddət sağalmır.