reklam qadagasi

Reklamlarda edilən hiylələr

Baxış sayı: 237

Pambıq hiyləsi

Restoranların isti yemək şəkillərində yeməklərin dumanlı və isti görünməsi nə qədər cəlbedicidir deyilmi? İndi isə reallığa baxaq: Mikrodalğalı sobada isidilən isladılmış pambıqların buxarı bir neçə dəqiqə saxlayır. Daha sonra həmin pambıqlar yeməyin arxasında yerləşdirilir və yemək isti görüntüsünü verir.

 

Ayaqqabı boyası hiyləsi

Hamburger çörəklərini mükəmməl göstərmək üçün qəhvəyi rəngli ayaqqabı boyasından istifadə edir.

 

Salfet hiyləsi

Mükəmməl toyuq şəkillərini görüb öz mətbəx bacarıqlarınızı mühakimə etməyin.

Özünüzü qınamağa ehtiyac yoxdur, çünki reklamdakı toyuğun üzərinə salfet qoyulur. Bununla yanaşı, toyuğun daha sulu görünməsi üçün onu az bişirirlər.

 

Bal mumu hiyləsi

Souslar çox rəngli və ləziz görsənir, elə deyil? Çünki sous yerinəəridilmiş bal mumlardan istifadə edirlər.

 

Yapışdırıcı hiyləsi

Reklamlarda ağappaq süd kimi gördüyümüz maddə əslində süd deyil, yapışdırıcıdır. Səhər yeməyi üçün hazırlanmış süd qarğıdalını anında yumşaldır və buna görə də, şəkildə xoş olmayan görüntü yaranır.

 

Dezodarant hiyləsi

Bu meyvələrin bu cür parıltılı görünməsinin səbəbi dezodarantlardır. Bəzən çiyələyin qırmızı görünməsi üçün üzərinə qırmızı dodaq boyası vururlar.

Asit hiyləsi

Reklamlarda qazlı içkilərin realda olduğundan daha qazlı görünmələri sizin də diqqətinizi çəkmişdir. Bu içkilərin daha qazlı görünməsi üçün içərisinə asit əlavə olunur. Buna görə də, reklamlarda çox köpüklü görünür

 

Bişirməmək hiyləsi

Qamburgerlərdə istifadə olunan ətin və ya toyuğun sadəcə bir tərəfini çox az bişirirlər ki, ət daha dolğun və yumşaq görünsün, digər cəhətdən də, yemək estetik cəhətdən gözəl görüntü yaradır.

 

Motor yağı hiyləsi

Pankeyklər necə də ləziz görünürlər. Gəlin üzərinə biraz motor yağı tökək. Bəli, siz də bal olduğunu düşünürdünüz?

 

Kartof püresi hiyləsi

Dondurma reklamlarında gördüyünüz əslində donurma deyil, kartof püresidir. Çünki setdə işıqların istisi çox olduğundan dondurma əriyəcək.

Krem şanti əvəzinə isə təraş geli istifadə edirlər.

 

Plastmas hiyləsi

Bu buz hissəcikləri nə qədər də mükəmməl görünür. Heç ərimirlər. Çünki heç buz deyillər, buz görünüşündə plastmasdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir