265px-Frucht_der_Edelkastanie

Şabalıd çiçəyində gizlənmiş şəfa

Baxış sayı: 2. 044

Türkiyənin Qara dəniz bölgəsində şabalıd balı çox məşhurdur. Hətta bu baldan bir çox xəstəliklərə qarşı ən güclü dərman kimi də istifadə edirlər.265px-Frucht_der_Edelkastanie

Şabalıd balı orada təbii antibiotik kimi tanınır. Tünd rəngli bu balın ən çox da göy öskürək, astma, bronxit və nəfəs tutulma xəstəliklərinə qarşı çox effektli olduğu bildirilir. Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı bu balın güclü antioksidan təsirə, yəni xərçəngə qarşı da güclü müalicəvi xüsusiyyətə malik olduğunu deyir.

Bu balın şabalıd çiçəyinin tozundan çəkildiyini xatırladan professor Kolaylı bu çiçəyin dəmləmə üsulu ilə də güclü effektiv təsir göstərdiyini irəli sürür. Professor Kolaylı bölgədə şabalıd əkinini gücləndirməyi tövsiyə edir və deyir ki, şabalıdın təkcə meyvəsindən deyil, balından, çiçəyindən də geniş istifadə etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir