sac

Saçınızın forması şəxsiyyətinizdən xəbər verir – TEST

Baxış sayı: 2. 150

Saçınızı daradığınız istiqamət, forma qarşı tərəfə sizin şəxsi keyfiyyətləriniz haqqında ipucuları verir. Gündəlik həyatda rastlaşdığınız yüzlərlə insanın hər biri müxtəlif saç düzümünə malikdir. Onların hər biri saçını müəyyən bir yerdən ayırır, sağdan, soldan, ortadan və ya heç tağ ayırmır. Əgər qarşınızdakı insana özünüz barəsində müsbət informasiyalar ötürmək istəyirsinizsə, yazılanları diqqətlə oxuyun.

Sizi saçınızı ayırdığınız tərəfin müxtəlif mənaları ilə tanış edirik: Aşağıda göstərilən fotolara uyğun olaraq saçınızı və onun quruluşuna müvafiq olan məlumatlara diqqət edin.

 

A- Cəsur və ani qərar verən insanlar

Əgər siz saçınızı sola doğru darayırsınızsa deməli risk almağı sevirsiniz. Sizin üçün yer üzündə təhlükə deyə bir anlayış yoxdur. Saçını sola doğru darayan insanlar heç bir şeydən qorxmur və yeni təcrübələrə hər zaman açıq olur. Tam bir həyəcan insanısınız. Aktiv həyat tərzi və çılğınlıq sizin əsas xüsusiyyətləriniz sırasındadır. Amma bəzən nəticələr haqqında da düşünün. Ani qərarlar sizin üçün həmişə yaxşı nəticələnmir. Bir az daha səbrli və dərin düşünülmüş qərarlarla addım atmaqda fayda var.

B – Sakit və səbirli insanlar

Əgər siz saçınızı ortadan ayırıb darayırsınızsa, yer üzündə yaşayan ən rahat insanlardan birisiz. İnanılmaz dərəcədə rahat və kompleksizsiz. Heç bir şey sizi narahat etmir. Kimin nə düşündüyü, nə düşünəcəyi fikri sizi məşğul etmir. Fikirlərinizdə çox dəqiqsiz. Qərarlı və nə istədiyini bilən insansız. Sizi kompleksə salmaq istəyən insanlara qarşı alternativ çıxış yollarınız hər zaman var. Sakitliyinizin ətrafınızdakı insanları sakitləşdirən sirli bir tərəfi var. Sakit təbiətinizə baxmayaraq, siz özünüzdən sui-istifadə etməyə çalışan insanları daha tez müəyyən edə bilirsiz.

C – Şəfqətli və ehtiraslı

Əgər siz saçınızı sağa doğru ayırıb darayırsınızsa, çox şəfqətli insansız. Qayğıkeş birisiz. Həm özünüzə, həm də ətrafınıza qarşı həddən ziyadə diqqətlisiniz. İnsanlar dərdlərini sizinlə rahatca bölüşə bilir. Problemlərdən çıxış yolları tapmaqda lidersiz. Hər zaman qaydalara riayət edirsiz. Ətrafınızda olan insanlardan da bunu tələb edirsiz. Diqqət mərkəzində olmağı sevirsiz. Gözəllik və cazibə sizin üçün məhz saçlardan başlayır. Sizin nəyi necə edəcəyiniz hər zaman bəllidir. Yaxşı dinləyicisiz. Dostlarınız belə sizi kiminləsə bölüşməkdən qaçır. Lakin heç kimin münasibəti sizi tamamilə qane etmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir