Hamile

Sağlam hamiləlik üçün məsləhətlər

Baxış sayı: 2. 008

Hamiləlik zamanı bədəndə bir çox dəyişiklik müşahidə edilir. Hamilələrin təxminən yüzdə 5-20-də ana və ya körpəni təhdid edən ciddi tablolar ortaya çıxır. Buna misal olaraq hamiləlik zamanı təzyiqin yüksəlməsi və nəticədə erkən doğuş yaşanması, yaxud körpədə inkişafdan geri qalma kimi mənfi halları göstərmək olar.

Həkimlərin dediyinə görə, sağlam bir hamiləlik üçün ana olmaq istəyən hər qadın 3 ay əvvəldən həkimə getməlidir. Belə halda qadında təzyiq, şəkər xəstəliyi kimi risk yarada biləcək xəstəliklər araşdırılır, ehtiyac görüldüyündə müalicə edilir. Fol turşusu müalicəsinə başlanılır.

 

İdeal çəkinizdə qalın

Ananın bədən kütlə indeksi (Çəkinin boyun uzunluğuna bölünməsi nəticəsində ortaya çıxan rəqəm) 20-dən aşağıdırsa zəif, 35-dən yuxarıdırsa, sağlıq baxımından təhlükəlidir. Hər iki halda həm ana, həm də körpə üçün təhlükə yaşana bilər.

Buna görə ana olmağa qərar verdikdən sonra ideal çəkinizə qayıtmanız, nizamlı qidalanaraq, bədəninizin vitamin, mineral və protein depolarını doldurmağınız çox vacibdir. Hamiləlik zamanı da arıqsınızsa 12-14 kilo, köksünüzsə 4-7 kilo almanız tövsiyə edilir.

 

İnfeksiyalardan qorunun

Hamiləlik zamanı keçirilən qızılca, toksoplazma ilə su çiçəyi kimi infeksiyalar körpədə infeksiya və anormal hallara yola aça bilər. Buna görə hamiləlikdən əvvəl qızılcaya qarşı peyvənd vurdurun.

Sidik yolu infeksiyaları da qısa müddətdə böyrəklərə təsir edərək böyrək infeksiyalarına yol açır. Sidikdə bakteriya müşahidə olunubsa, sidikdən sonra göynəməniz varsa, həkimə gedin.

 

Təzyiqinizi ölçdürün

Hamiləlikdən əvvəl təzyiq olmasa belə, çox hallarda hamiləliyin 20-ci həftəsindən sonra yüksək təzyiq formalaşır. Hamiləlik zamanı şiddətli baş ağrısı, tez bir zamanda kökəlmə, gözlərdə qabarıqlıq kimi şikayətləriniz varsa, həkimə gedin.

Hamile

Şəkər xəstəliyinə qarşı tədbir görün

Şəkər xəstəliyi düşmə, erkən doğum, körpədə doğuşdan anormallıqlara yol aça bilər. Sağlam hamiləlik üçün bu xəstəliyə qarşı tədbir görün.

Hamiləlik zamanı da şəkər xəstəliyi yarana bilər. Buna görə düzgün qidalanın, çəkiyə diqqət edin və şəkəri yoxlatdırın.

 

Uzun müddət ayaq üstə qalmayın

Hamiləlik zamanı qan laxtalanmasına meyllik artır. Ayaqlarda tək tərəfli şişkinlik, istilik artması, qızartı və ya ağrı varsa, bunun təhlükəli ola biləcəyini unutmayın. Sağlam hamiləlik üçün uzun müddət ayaq üstə durmayın və gündəlik idman etməyi unutmayın. Maye qəbul edin. Varikoz varsa, varikoz corabı geyinin. Uzun müddətli yola çıxmayın, hər 2 saatdan bir piyada gəzin.

 

Siqaret və spirtli içkini ağlınızdan belə keçirməyin

Siqaret hamiləlikdə erkən doğuma səbəb olmaqla yanaşı körpədə böyümənin geriləməsinə səbəb olur. Plasentanın erkən ayrılması, fetal itkiləri siqaret çəkənlərdə böyük təhlükədir. Hamiləlik zamanı spirtli içki içən qadınlarda “Fetal spirt sindromu” deyilən körpənin inkişafını gerilədən və beyin inkişafına mənfi təsir edən tablolar ortaya çıxır. Siqaret və spirtli içkini tərgidin.

 

Dərman istifadə etməyin

Hamiləlikdə istifadəsinin təhlükəsiz olduğu təsbit edilməmiş çox dərman var. Sizə zərərsiz bu dərmanlar körpədə problemlər yarada bilər.

Menstruasiya vaxtı gecikəndə atdığınız dərmanı həkimlə məsləhətləşin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir