Sağlam həyat tərzi yaşamaq o qədər də asan deyil. Yediyimiz qidalar, aldığımız çirkli hava orqanizmimizdə mənfi halların baş verməsinə səbəb olur. Bir çox ərzaqlar sizi bəzi xəstəliklərdən qoruya bilərlər:
1) Görmə qabiliyyətinizi qoruyun
Salat + avakado
Tərəvəzlərlə və ya göyərtilərlə hazırladığınız salatın içinə avakado qatmağı unutmayın.
2) Ürəyinizin qayğısına qalın
Limon + yaşıl çay
Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, gün ərzində 5 stəkan içərisinə limon qatılmış yaşıl çay içmək ürəyin fəaliyyətini yaxşılaşdırır, infarkt riskini azaldır.
3) Əzgin görünməkdən yorulmusunuz
Yumurta + portağal şirəsi
Səhər bir yumurta yeyib, üstündən 1 stəkan portağal şirəsi içmək sizə gün ərzində lazımı qədər iş görmək üçün enerji verəcək.
4) İmmunitetini gücləndirin
Mal əti + kök
Kök orqanizmi A vitamini ilə təmin edəcək. Soyuqdəymədən qorunmaq üçün sizə lazım olan digər vitaminləri isə mal əti vasitəsilə ala bilərsiniz.
5) Dəri xərçəngindən qorunun
Kofein + idman
Mütəxəssislər sübut ediblər ki, gün ərzində kofein qəbul etmək və idmanla məşğul olmaq dəri xərçənginə yoluxma riskini 4 dəfə azaldır.
Nərminə Abbasova
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi