Araşdırmalara görə, insan çeynəmə əzələlərini normalda yemək yeyərkən, danışarkən, stress – əsəb zamanı dişlərimizi qıcıyarkən spazmaya uğradır.
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, saqqız çeynəyərkən biz heç bir səbəb olmadan çeynəmə əzələlərini spazma məruz qoyuruq.
Bu da hər dəfə təkrarlanınca üz cizgilərimizə təsir göstərər, üz şəkilmizi dəyişdirə bilir. Yəni yanaqlarımızı misal götürək. Çənə əzələmiz spazma məruz qaldıqda yanaqlarımız tədricən təbii formasını dəyişir.
Mütəxəssis onu da qeyd etdi ki, digər tərəfdən, mədə şirəsinin daha çox ifrazına gətirib çıxardır.
Saqqız ceynəmə əzələlərinin spazmasına səbəb olduqca, həm üz, həm daxili problemlərin yaranmasına gətirib çıxardacaq.