Dünyanın məşhur simalarının şəxsi həyatları və ən əsasda sevgi hekayələri hər zaman diqqət mərkəzində olublar. Onların sevgi hekayələri heç də uğurlu olmayıb. Məşhurların uğursuz sevgi hekayələrinin səbəblərini isə belə açıqlayırlar.
Gi de Mopassan
Fransız klassiki Gi de Mopassan dünya ədəbiyyatında ən romantik müəlliflərdən biri hesab olunur. Onun, demək olar ki, bütün əsərləri yalnız bir mövzuya – ehtiraslı və hər şeyi unutduran sevgiyə həsr olunub. O dövrdə bu cür cəsarətli əsərlər yaratmaq üçün müəllifin mütləq ilham mənbəyi olmalı idi. Mopassan qadın düşkünü kimi ad çıxarmışdı.
Həqiqətən də, onun həyatında çox qadınlar olub və Mopassan, romanlarının qəhrəmanları kimi, nəticə barədə düşünmədən bütünlüklə hisslərinə təslim olurdu. Amma yazıçının həyatında bir qadın da olub ki, o, digərlərindən tamamilə fərqlənirdi. Bu, Mopassanın şəhərkənarı evinin qonşuluğunda yaşayan Ermina idi. Məşhur müəllifi rədd edən bu qadın onun qəlbində heç sağalmayan yaralar açmışdı.
Edqar Allan Po
Amerikanın mistik şairi, yazıçısı, dedektiv janrının “atası” sayılan Edqar Allan Po təkcə sənətdə deyil, qırx bir illik həyatında baş verən faciəvi hadisələrlə də məşhurdur. Zəngin ədəbi irsə malik yazıçı uğursuz və məhrumiyyətlərlə dolu bir həyat yaşamışdır. İzdivac günü toyundan qaçan, 13 yaşlı qız uşağı ilə evlənərək qınaq obyektinə çevrilən yazarın bu davranışları bəlkə də, onun qarışıq ruhi dünyası ilə bağlı idi. Eşq macəraları ilə tanınan yazıçının deyilənlərə görə, qadınlarla heç bəxti gətirməyib. Belə ki, Edqarın münasibət qurduğu qadınlar nədənsə dünyasını erkən dəyişirmiş.
Vladimir Mayakovski
Vladimir Mayakovskinin də sevgidə bəxti gətirməyib. Onun ilk məhəbbəti Liliya Brikdir. Bir müddət sonra qadının şairi artıq sevmədiyi məlum olub. Daha sonra Mayakovskinin həyatına Veronika Polonskaya daxil olub. O da əvvəl şairi sevsə də sonra onu tərk edib. Sonra Mayakovski Tanya Yakovlevaya aşiq olub, bir müddət sonra bu qadın da ondan üz döndərib. Qısası, sevgidəki uğursuzluqlara dözməyən şair özünü güllələyib.
Francis Skott Fitzgerald
Məşhur yazıçı Fitzgerald dünya ədəbiyyatının xəzinəsinə daxil olan bir çox möhtəşəm əsərlər yaradıb. Amma onun bir məsələdə bəxti gətirməyib. Məşhur yazıçının həyat yoldaşı spirtli içki aludəçisi və psixi xəstə olub və bunlara görə psixiatriya xəstəxanasına yerləşdirilib. Fitzgerald isə isə 44 yaşında qaraciyər serrozundan dünyasını dəyişib.
Con Lennon
Con Lennonu sevən yeganə insan nə qədər qəribə də olsa onun xanımı Yoko Ono yox, “Bitlz”in işlərini idarə edən Brayan Epşteyn olub. Amma Con yalnız qadınları sevdiyinə görə onu səmimi qəlbdən sevən dostuna şans verməyib.
Stendal
Məşhur yazıçı, “Qırmızı və Qara” kimi böyük əsər yaratmış Stendal onu sevmədiklərinə görə qadınlara qarşı dərin nifrət bəsləyib. O, qadınlardan qisasını almaq üçün hüznlü əsərlər yazaraq , bu əsərləri oxuyan qadınları ağladaraq öz intiqamını alıb.
İosif Stalin
Faşizmə qarşı müharibədə uğurlar qazanan İosif Stalinin sevgi cəbhəsində işləri elə də yaxşı olmayıb. Onun məşuqəsi olmayıb, həyat yoldaşı isə özünü güllələyib. Deyilənlərə görə, o, gizli homoseksualizmdən əziyyət çəkirmiş.
Samirə Tağıyeva