yalan

Yalançıları necə tanıyaq?

Baxış sayı: 409

Yalan danışanlar insanlara hamımız tez-tez rast gəlirik. Bəs danışılan yalanları müəyyən etməyin mümkün olduğunu bilirsinizmi? İnsanların sizə yalan danışmağından şübhələnirsinizsə elm tərəfindən təsdiq edilən bu 5 əlaməti bilməklə bunun qarşısını ala bilərsiniz.

yalan

Nitq prosesində dəyişikliklər  Kiminsə yalan danışdığını göstərən əlamətlərdən biri onun nitqində olan nizamsızlıqdır. Bunu bilmək üçün ilk öncə onlara sadə  suallar verin və bu zaman onların səsini, davranış manevralarını öyrənin. Daha sonra şübhələndiyiniz mövzuda söhbət açdıqda həmin insanın həyəcandan səsinin  necə titrədiyini, kəkələdiyini hətta bir anlıq şok vəziyyətində olduğunu görə bilərsiniz.

Qeyri-adi jestlərin istifadə edilməsi  Əgər bir insan “hə”deyirsə lakin başını “yox” mənasında yelləyirsə bu onun yalan danışdığının göstəricisidir. Eyni zamanda, saxtakarlıq edən insanlar əllərini gizlətməyə meyilli olurlar. Bu cür insanlar əllərini ciblərinə qoyur, yaxud masanın altında gizlədirlər.

Kifayət qədər məlumat verməmək   Həqiqəti söyləyən insanlar nəyisə izah etdikdən sonra “başqa bir şeyə ehtiyac varmı”-deyə sual verirlər. Lakin yalançılar öz hazırladıqları ssenaridən kənara çıxanda çaş-baş qalırlar və əlavə məlumat verə bilmirlər. Bundan əlavə keçmişdə danışılan bir hadisə barədə sual verdikdə onlar nə dediklərini unudurlar və danışdıqlarından daha fərqli bir hekayə uydururlar.

Həddindən artıq danışmaq  Digər tərəfdən,Harvard Biznes Məktəbinin tədqiqatçıları müəyyən etdilər ki,yalançılar çox danışmaqla məlumatı  təhrif etməyə çalışırlar. “Mən sizinlə dürüst olmaq istəyirəm”,  və ya “sizə həqiqəti deyim” kimi ifadələr: Bu tip insanlar danışdıqları yalanları inandırmaq üçün həddindən artıq təfərrüat əlavə etməyə meylli ola bilərlər.

Gözlər həqiqəti söyləyir  Əgər insan göz təması qurmursa, bu o deməkdir ki, o həqiqəti demir. Bu cür insanlar yalan danışarkən tez-tez sağa sola baxırlar. Bir növ söhbətdən yayınmağa çalışırlar.

 

Nazənin Xalıqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir