sevgi

Sevgiliniz gələcək həyat yoldaşınız olmağa layiqdirmi?

Baxış sayı: 506

İnsanın sevdiyi şəxslə münasibətlərinin gələcəyindən narahat olması üçün 5 əsas amilə diqqət etmək lazımdır.

Həmin amillərlə sevgilinizin gələcək həyat yoldaşınız olmağa layiq olub-olmadığını müəyyən edə bilərsiniz. Bu 5 səbəb evliliyin ilk ayları və illəri üçün də keçərlidir.

1.Siz müxtəlif təməl dəyərlərə maliksiniz. Təməl dəyərlər adətən insanın dərindən inandığı və müzakirəyə çıxarmağı belə lazım bilmədiyi dəyərlərdir. Burada söhbət evlənərək Parisə köçmək və ya övlad sahibi olmaqdan da gedə bilər.Siz gələcək planlarınızdan hansını sevgilinizin xətrinə dəyişmək fikrində olmadığınızdan əmin olmalısınız. Əgər sevgiliniz sizin əsas niyyətlərinizi bölüşmürsə, onun bu niyyətləri gələcəkdə bölüşəcəyinə ümid etmək təhlükəlidir. İstisna edilmir ki, sizin əsas dəyərləriniz dəyişə bilər. Amma diqqət yetirməlisiniz ki, bu dəyişiklik təzyiq altında və ya romantikanın sərxoşluğundan irəli gəlməsin. Hər hansı dəyərin dəyişdirilməsi sizin özünüzün gəldiyiniz nəticə olmalıdır.

2.Sevgiliniz sizə adi davranırsa. Əgər münasibətlərinizdə bütün təşəbbüslər sevgilinizidən və ya partnyorunuzdan gəlirsə, deməli bu münasibətlərdə balans yoxdur. 2013-cü ildə aparılmış bir araşdırma göstərib ki, istər birgə yaşayış olsun, istərəsə də evlilik, iki insanın bir-birinə münasibətinin adiləşməsi hardasa 3 il 6 ay ərzində baş verir. Əgər bu gün şama nə yeyəcəyinizi, şənbə günü hara gedəcəyinizi heç sizdən soruşmadan sevgiliniz və ya yoldaşınız müəyyən edirsə, belə münasibətlərin gələcəyindən narahat olmaq lazımdır. Bu o deməkdir ki, partnyorunuz sizin itaətli davranışınızı normal bir şey kimi qəbul edir. Bu, çox ciddi təhlükə siqnalıdır.

3.Sizə hörmətsizlik göstərir. Münasibət insanlar arasında qarşılıqlı hörmət deməkdir. Lakin hörmətsizlik özünü müxtəlif şəkildə büruzə verə bilər. Bura sözlə təhqir də daxildir, aqressivlik də… Bəzən bunlar heç nəzərə çarpmadan da baş verə bilər. Amma əgər sevgiliniz və ya yoldaşınız sizi lap “zarafatla” belə təhqiramiz adlarla çağırırsa, xətrinizə dəyirsə və üzr istəməyi lazım bilmirsə,belə davranış adətən partnyorun üzərində nəzarəti saxlamaq arzusundan irəli gəlir. Münasibətlərdə sevgi kifayət deyil, iki partnyor arasında hörmət də olmalıdır.

sevgi

4.Partnyorunuz sizin emosional və seksual ehtiyaclarlınıza biganədir. Əgər sevgiliniz və ya yoldaşınız yalnız öz ehtiyaclarının yerinə yetirilməsi qayğısına qalırsa, deməli sizin ehtiyaclarınız onu düşündürmür. Burada riyaziyyata ehtiyac var. Hesablamağa çalışın neçə dəfə o sizin ehtiyaclarınıza diqqətli olub, neçə dəfə siz onun ehtiyaclarına…

5.Sevgiliniz yalnız qayğı gözləyir, qayğı göstərməyi düşünmür. Bunu da əvvəl-əvvəl hiss etmək asan deyil. Amma diqqət yetirsəniz, belə biganəlik sağalmaz yara vura bilər. Ola bilər ki, siz daim yoldaşınızdan narahat olub qayğısını çəkəcəsiniz. O isə bircə dəfə də belə münasibət göstərməsin. Əgər münasibətləriniz bu səviyyəyə enibsə, artıq iki sevgilinin yox, valideyn-uşaq münasibətləridir. Məhz valideyn-övlad münasibətlərində adətən bir tərəfin verməsi məqbul sayıla bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir